206 nömrəli marşrut üzrə müasir avtobuslar sərnişinlərə xidmət göstərəcək
10 Fevral, 2026
Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma sahəsində xidmət keyfiyyətinin
yüksəldilməsi və vətəndaş məmnuniyyətinin artırılması məqsədilə 206 nömrəli şəhərətrafı
müntəzəm marşrut xəttinə müasir və komfortlu avtobuslar cəlb edir.
Marşrut
üzrə keçirilən müsabiqədə qalib gələn "Xaliq Faiqoğlu" MMC
avtobuslarla xəttin istismarını fevralın 12-dən həyata keçirəcək.
Metronun
“Elmlər Akademiyası” stansiyasını Lökbatan qəsəbəsi ilə əlaqələndirən 206 nömrəli
marşrut üzrə 10 müasir avtobus 12 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin
xidmətində olacaq.
Avtobuslarda
ödənişlər nağdsız qaydada həyata keçiriləcək. Gedişhaqqı 0,60 AZN müəyyən
edilib.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir