24 və 25 iyun 2025-ci il tarixlərində gündüz və gecə görülən işlərin xronikası
30 Iyun, 2025
Yenilənmə işləri:
28 May küçəsində üfüqi nişanlanma xətləri yenilənib
Bakı-Şamaxı-Yevlax yolunda 3, Neftçi Qurban küçəsi, Zivərbəy Əhmədbəyov ilə Fuad İbrahimbəyov küçələrinin kəsişməsində və Mirzə Ələkbər Sabir küçəsində vətəndaş müraciəti əsasında 1 piyada keçidi yenilənib
Afiyəddin Cəlilov küçəsində quraşdırılmış yeni işıqforun işə salınması üçün üfüqi nişanlanma xətləri çəkilib
Abşeron, Elşən Süleymanov, Əliağa Şıxlinski, Özbəkistan, Cəmşid Naxçıvanski, Kamil Balakişiyev, Şirin Mirzəyev və Məhəmməd Hadi küçələrinin hər birində 1, Bəhruz Nuriyev və Natiq Əhmədov küçələrində isə 2 piyada keçidi yenilənib
Nizami və Ağabacı Rzayeva küçələrinin kəsişməsində quraşdırılmış yeni işıqforun işlək vəziyyətə gətirilməsi məqsədilə üfüqi nişanlanma xətləri çəkilib
İctimai nəqliyyat infrastrukturu:
Atatürk prospektində, Atatürk prospekti ilə Məmməd Araz küçəsində 1, Bakı-Ələt yolunda 4 “Avtobusun dayanacaq yeri” yol nişanı quraşdırılaraq dayanacaq məntəqəsi təşkil edilib
İstiqlaliyyət küçəsində 1 “Avtobusun dayanacaq yeri” yol nişanı quraşdırılaraq dayanacaq məntəqəsi təşkil edilib
Parklanma:
Ələsgər Qayıbov küçəsində 25 yerlik parklanma məntəqəsinin təşkili üçün üfüqi nişanlanma xətləri çəkilib
Əhməd Cəmil küçəsində 24 yerlik parklanma məntəqəsinin təşkili üçün üfüqi nişanlanma xətləri yenilənib
Feyzulla Qasımzadə küçəsində 19 parklanma məntəqəsində yol nişanı quraşdırılıb
Mərkəzi Bulvar küçəsi və 3-cü Park küçəsində 11, Füzuli Əliyev küçəsində 36 yerlik parklanma məntəqəsinin təşkili üçün üfüqi nişanlanma xətləri çəkilib
Yol nişanları:
Atatürk prospekti ilə Əbdulvahab Salamzadə küçəsinin kəsişməsində 1, Atatürk prospekti ilə Səttar Bəhlulzadə küçəsinin kəsişməsində 2, Atatürk prospekti ilə Məmməd Araz küçəsinin kəsişməsində 2, Zuğulba şosesində 5, Bilgəh yolunda 4, Bakı-Ələt yolunda 8, Heydər Əliyev prospektində 1 yol nişanı quraşdırılıb
Heydər Əliyev prospektində 1 ədəd məlumat lövhəsi quraşdırılıb
Zuğulba şosesində 2, Bakı-Ələt yolunda 25, İstiqlaliyyət küçəsində 2 yol nişanı quraşdırılıb
Neftçilər prospekti və Əziz Əliyev küçəsinin kəsişməsində 2 ədəd minib-düşmə məlumat lövhəsi quraşdırılıb
Digər xəbərlər
26 May, 2026
Naxçıvanda yol nişanları yenilənir
25 May, 2026
Daha 3 ünvanda minib-düşmə yeri yaradılıb
25 May, 2026
Avtovağzallar bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
25 May, 2026
“Biletim.az” portalına yeni funksiya əlavə olunub
23 May, 2026
WUF13 çərçivəsində 179 000-ə yaxın sərnişin daşınıb