141

Əsas Xəbərlər

25 - 28 oktyabr 2025-ci il tarixlərində gündüz və gecə görülən işlərin xronikası

25 - 28 oktyabr 2025-ci il tarixlərində gündüz və gecə görülən işlərin xronikası

03 Noyabr, 2025

25 - 28 oktyabr 2025-ci il tarixlərində gündüz və gecə görülən işlərin xronikası

Yenilənmə işləri:

Neftçilər prospektində hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətləri göstərən xətləri, dayanacaq məntəqələrində “1.17” üfüqi nişanlanma xətləri, eləcə də “BUS” loqolarının yenilənməsi işləri davam etdirilib.
Neftçilər və Ziya Bünyadov prospektlərində, Üzeyir Hacıbəyli, İstiqlaliyyət, Niyazi, Rəsul Rza və  Zərifə Əliyeva küçələrində üfüqi nişanlanma xətləri yenilənib.
Ramana yolu  üzrə 4, Azərbaycan Qadını küçəsində 1, Axund Şeyx Hüseyn küçəsində  1, Rövşən Cəfərov küçəsində 1, Məhəmməd Xiyabani küçəsində 1, Abşeron küçəsində  8, Bülbül prospektində 4, İstiqlaliyyət küçəsində 5 və Çənlibel küçəsində 1 piyada keçidi yenilənib.

Neftçilər prospektində, Üzeyir Hacıbəyli, Niyazi və İstiqlaliyyət küçələrində üfüqi nişanlanma xətləri yenilənib.
Məhəmməd Hadi küçəsində hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətləri göstərən xətləri çəkilib.
Ziya Bünyadov prospektində üfüqi nişanlanma xətləri yenilənib.
Məhəmməd Hadi küçəsində 4, Rövşən Hüseynov və Mərkəzi küçələrində 1 yeni piyada keçidində piyada zolaqları çəkilib.
Xaqani küçəsində 5, Nəsib bəy Yusifbəyli ilə Mirəli Qaşqay küçələrinin kəsişməsində 3, Rüstəm Rüstəmov küçəsində 2, 1-ci Mədən, Cəlal Qurbanov və Nizami İsmayılov küçələrində 1 piyada keçidi yenilənib.


İctimai nəqliyyat infrastrukturu:

Salyan şosesində, Lökbatan qəsəbəsində, Badamdar şosesində, Aşıq Molla Cümə, Rövşən Əliyev, Böyük İpək Yolu küçələrində, 8 Noyabr prospektində və Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsində ümumilikdə 9 dayanacaq pavilyonu quraşdırılıb.

Əjdər Məlikov küçəsində dayanacaq pavilyonu quraşdırılıb.

Babək prospektində, Koroğlu Rəhimov, Afiyyəddin Cəlilov, Səməd bəy Mehmandarov küçələrində və Hövsan qəsəbəsi ərazisində  dayanacaq pavilyonu quraşdırılıb.


Mikromobillik:


Yusif Səfərov küçəsində 11 təhlükəsizlik səddi quraşdırılıb.
Əziz Əliyev küçəsində velosiped yollarında hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətləri göstərən xətlərvelosiped loqoları çəkilib.


Parklanma:


Məhəmməd Xiyabani küçəsində 5, Dadaş Bünyadzadə küçəsində 26, Əbdürrəhim bəy Haqverdiyev küçəsində 1 və Əhməd Rəcəbli küçəsində 1 parklanma məntəqəsində yol nişanı quraşdırılıb.
Əcəmi Naxçıvani küçəsində 46 yerlik parklanma məntəqəsində üfüqi nişanlanma xətləri yenilənib.
Koroğlu Rəhimov ilə Həsən Əliyev küçələrinin kəsişməsində 1, Koroğlu Rəhimov ilə Fətəli xan Xoyski küçələrinin kəsişməsində 1, Babək prospektində isə 2 ədəd “3.27” yol nişanı quraşdırılıb.

Koroğlu Rəhimov küçəsində 2, Dadaş Bünyadzadə küçəsində isə 14 parklanma məntəqəsində yol nişanı quraşdırılıb.
Zaur Nurdəliyev küçəsində 46 yerlik, Süleyman Rəhimov küçəsində 41 yerlik, Xaqani küçəsində 22 yerlik parklanma məntəqələrində üfüqi nişanlanma xətləri yenilənib.
Ağadadaş Qurbanov küçəsində 13 yerlik parklanma məntəqəsinin təşkili üçün üfüqi nişanlanma xətləri çəkilib.
Koroğlu Rəhimov ilə Həsən Əliyev küçələrinin kəsişməsində “3.27” yol nişanı quraşdırılıb.

Dadaş Bünyadzadə küçəsində 8 parklanma məntəqəsində yol nişanı quraşdırılıb.
Zaur Nurdəliyev küçəsində 21, Azad Hümbətov küçəsində 23, Şamil Əzizbəyov küçəsində 28, Süleyman Rəhimov küçəsində 7 və Bəhruz Nuriyev küçəsində 45 yerlik parklanma məntəqələrində üfüqi nişanlanma xətləri yenilənib.
Nəcəf Nərimanov küçəsində 18 yerlik parklanma məntəqəsinin təşkili üçün üfüqi nişanlanma xətləri çəkilib.
Koroğlu Rəhimov ilə Fətəli xan Xoyski küçələrinin kəsişməsində 2, Babək prospektində isə 1 ədəd “3.27” yol nişanı quraşdırılıb.


Yol nişanları:


Koroğlu Rəhimov ilə Həsən Əliyev küçələrinin kəsişməsində 12, Koroğlu Rəhimov ilə Fətəli xan Xoyski küçələrinin kəsişməsində 12 yol nişanı quraşdırılıb. Babək prospektində isə 57 yeni yol nişanı quraşdırılıb. 

Mətbuat prospektində 2, Koroğlu Rəhimov ilə Həsən Əliyev küçələrinin kəsişməsində 3, Koroğlu Rəhimov ilə Fətəli xan Xoyski küçələrinin kəsişməsində isə 7 yol nişanı quraşdırılıb.
Babək prospektində 43 yeni yol nişanı quraşdırılıb.


Xəbəri sosial platformalarda paylaş: