28 May küçəsi və 8 Noyabr prospektində avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq
12 Avqust, 2024
Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar avqustun 13-dən 28 May küçəsində (K.Səfərəliyava küçəsindən Puşkin küçəsinədək) avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Məhdudiyyətlə əlaqədar 2, 4, 10, 21, 30, 32, 46, 120 və H1 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Üzeyir Hacıbəyli, Puşkin, 28 May, Fikrət Əmirov, Dilarə Əliyeva və Kövkəb Səfərəliyeva küçələri ilə təşkil ediləcək.
Avqustun 14-dən isə 8 Noyabr prospektində (Xəqani Rüstəmov küçəsindən Mərkəzi Bulvar küçəsinədək) - Zığ şosesi istiqəmətində avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Bununla əlaqədar 21, 32, 46 və 120 nömrəli müntəzəm avtobus marşrutların hərəkəti Nəcəfqulu Rəfiyev küçəsi, Babək prospekti, Süleyman Əhmədov küçəsi və 8 Noyabr prospekti ilə təşkil ediləcək.
Digər xəbərlər
06 Noyabr, 2026
Avtobuslardan istifadə rekord həddə çatıb
05 Noyabr, 2026
"Biletim.az” portalı üzərindən onlayn bilet satışı artıb
05 Noyabr, 2026
203 nömrəli marşrutun avtobusları yenilənir
04 Noyabr, 2026
Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq
03 Noyabr, 2026
195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilir