“28 May” NMM-də və “Şamaxinka” ərazisində yeni dayanacaqlar quraşdırılıb
28 Sentyabr, 2026
Rahat sərnişindaşıma xidmətinin göstərilməsi məqsədilə
“28 May” Nəqliyyat Mübadilə Mərkəzində və Moskva prospektində yeni dayanacaq
pavilyonları quraşdırılıb.
Metro xətlərinin ayrılması layihəsi çərçivəsində sərnişin
tələbatının artması nəzərə alınaraq “28 May” NMM-də 2 yeni dayanacaq pavilyonu
istifadəyə verilib.
Moskva prospekti, “20 Yanvar” dairəsindən
“Şamaxinka” adlanan əraziyə gedən yolda isə cib tipli dayanacaq məntəqəsində səki
infrastrukturu yaradılmaqla 4 pavilyon təşkil edilib.
Eyni zamanda, “Şamaxinka” adlanan ərazidə, metronun
“20 Yanvar” stansiyası istiqamətində sərnişin axınının intensivliyi nəzərə
alınaraq əlavə 1 pavilyon quraşdırılıb.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir