3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
20 Oktyabr, 2026
Oktyabrın
21-də Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində Yeni Həyat və Şirvan küçələrinin
kəsişməsindən 10-cu Müşfiqabad küçəsi ilə kəsişməsinədək olan hissəsində
aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət
tətbiq ediləcək.
Məhdudiyyət
səbəbindən 114B, 555 və 557 nömrəli müntəzəm marşrutların hərəkət sxemi müvəqqəti
dəyişdiriləcək.
114B
nömrəli marşrutun Müşfiqabad qəsəbəsi istiqamətində hərəkəti H.Z.Tağıyev-Sahil avtomobil
yolu, Şirvan küçəsi, Bakı-Şamaxı-Yevlax avtomobil yolu, Yeni qəsəbə
(Müşfiqabad), Yeni Həyat küçəsi ilə təşkil ediləcək.
Əks
istiqamətdə avtobuslar Bakı-Şamaxı-Yevlax avtomobil yolu, Şirvan küçəsi, H.Z.Tağıyev-Sahil
və Bakı-Şamaxı-Yevlax avtomobil yolları ilə, daha sonra isə mövcud sxem üzrə hərəkət
edəcək.
555 və
557 nömrəli marşrutların Müşfiqabad qəsəbəsi istiqamətində hərəkəti H.Z.Tağıyev-Sahil
avtomobil yolu, Yeni qəsəbə (Müşfiqabad), Şirvan küçəsi, Bakı-Şamaxı-Yevlax
avtomobil yolu ilə təşkil ediləcək.
Əks
istiqamətdə avtobuslar Bakı-Şamaxı-Yevlax avtomobil yolu, Şirvan küçəsi, H.Z.Tağıyev-Sahil
avtomobil yolu ilə, daha sonra isə mövcud sxem üzrə hərəkət edəcək.
Hər üç
marşrutun son dayanacağı Yeni Həyat küçəsi, giriş 289 ünvanında təyin edilib.
Digər xəbərlər
19 Oktyabr, 2026
“Sabah” – “Borussiya Dortmund” oyunu ilə əlaqədar müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib