30 istiqamət üzrə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
31 Yanvar, 2025
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Gəncə, Bakı-Lənkəran, Bakı-Tərtər, Bakı-Ağdaş, Bakı-Cəlilabad, Bakı-Oğuz, Bakı-Masallı, Bakı-Beyləqan, Bakı-İmişli, Bakı-Ağcabədi, Bakı-Qəbələ, Bakı-Cəbrayıl, Bakı-Zəngilan (Ağalı kəndi), Bakı-Qubadlı, Gəncə-Astara, Gəncə-Zaqatala, Sumqayıt-Mingəçevir, Sumqayıt-Quba, Sumqayıt-Kürdəmir, Sumqayıt-Qazax, Sumqayıt-Xankəndi-Laçın, Astara-Mingəçevir, Mingəçevir-Ağcabədi, Şəki-Mingəçevir, Bərdə-Şəki, Ağcabədi-Xankəndi-Laçın, Horadiz-Laçın, Xudat-Quba, Nabran-Qusar və Naftalan-Suqovuşan şəhərlərarası avtobus marşrutlarını müsabiqəyə çıxarır.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Sənədlər 1 mart 2025-ci il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: elsevar.gadimov@ayna.gov.az) qəbul ediləcək.
Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təklifləri komissiya tərəfindən Bakı-Gəncə, Bakı-Lənkəran və Bakı-Tərtər istiqamətlərində 3 Lot üzrə martın 4-də;
Bakı-Ağdaş, Bakı-Cəlilabad, Bakı-Oğuz, Bakı-Masallı, Bakı-Beyləqan və Bakı-İmişli istiqamətlərində 7 Lot üzrə martın 11-də;
Bakı-Ağcabədi, Bakı-Qəbələ, Gəncə-Astara, Gəncə-Zaqatala, Sumqayıt-Mingəçevir, Sumqayıt-Quba və Sumqayıt-Kürdəmir istiqamətlərində 7 Lot üzrə martın 14-də;
Sumqayıt-Qazax, Astara-Mingəçevir, Mingəçevir-Ağcabədi, Şəki-Mingəçevir, Bərdə-Şəki, Sumqayıt-Xankəndi-Laçın və Ağcabədi-Xankəndi-Laçın istiqamətlərində 7 Lot üzrə martın 18-də;
Bakı-Cəbrayıl, Bakı-Zəngilan (Ağalı kəndi), Bakı-Qubadlı, Horadiz-Laçın, Xudat-Quba, Nabran-Qusar və Naftalan-Suqovuşan istiqamətlərində 7 Lot üzrə martın 28-də baxılacaq.
Qeyd: Sumqayıt-Xankəndi-Laçın və Ağcabədi-Xankəndi-Laçın müntəzəm şəhərlərarası marşrut xətlərinin tam fəaliyyəti Şuşa şəhərindən Laçın rayonuna qədər olan yol infrastrukturunun vəziyyəti və hava şəraiti nəzərə alınmaqla tənzimlənəcək.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.
Digər xəbərlər
17 Avqust, 2026
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
14 Avqust, 2026
Xan Şuşinski küçəsində mikromobillik zolağı təşkil olunub
13 Avqust, 2026
6 yeni ekspres marşrutu avqustun 14-dən fəaliyyətə başlayır
12 Avqust, 2026
Naxçıvanda ekoloji təmiz ictimai nəqliyyat sistemi qurulub
11 Avqust, 2026
Şəhərlərarası marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib