340 nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
23 Sentyabr, 2025
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən aparılan optimallaşdırma işləri çərçivəsində Bakının mövcud marşrutların hərəkət sxeminin dəyişdirilməsi və yeni xətlərin təşkili istiqamətində tədbirlər davam etdirilir.
Vətəndaşların
rahat gediş-gəlişinin və ictimai nəqliyyata əlçatanlığının təmin edilməsi məqsədilə
24 sentyabr tarixindən 340 nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə
başlayacaq.
Yeni
marşrut xətti Binə qəsəbəsinin Əli İsazadə küçəsini Mərdəkan qəsəbəsinin Hacı Zeynalabdin
Tağıyev küçəsi ilə əlaqələndirəcək.
“ÇinarTrans”
MMC-yə məxsus 10 ortatutumlu avtobus 10 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə
xidmət göstərəcək. Marşrutda gedişhaqqı 0,50 AZN təşkil edir. Avtobuslarda ödəniş
nağdsız qaydadadır.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir