37 sayda müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
15 Sentyabr, 2025
Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin
artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Zaqatala, Bakı-Balakən,
Bakı-Qax, Bakı-Şəki, Bakı-Qəbələ, Bakı-Göyçay, Bakı-İmişli, Bakı-Cəlilabad,
Mingəçevir-Qazax, Mingəçevir-Tərtər, Şəki-Mingəçevir, Bərdə-İsmayıllı, Gəncə-Qazax
və əks istiqamətə, Bakı-Xankəndi-Laçın, Bakı-Ağdam, Sumqayıt-Laçın, Beyləqan-Xankəndi,
Ağcabədi-Laçın, Bakı-Cəbrayıl, Bakı-Zəngilan (Ağalı kəndi), Bakı-Qubadlı, Aşağı
Ağasıbəyli (Samux) - Gəncə (Dəmiryolu vağzalı), Alıuşağı (Samux) - Gəncə (Dəmiryolu
vağzalı), Burunqovaq (Samux) - Gəncə (Dəmiryolu vağzalı), Düzqışlaq (Şəmkir
stansiyası) - Gəncə (avtovağzal), Qaraarx (Samux) - Gəncə (Dəmiryolu vağzalı),
eləcə də paytaxtın 146, 182 və 206 nömrəli şəhərətrafı avtobus marşrutlarını
müsabiqəyə çıxarır.
Müsabiqə
“Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel
tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm
şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq
marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair
müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Sənədlər
14 oktyabr 2025-ci saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində
(ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov
– tel.: 050-444-10-75, e-poçt: anar.mammadov@ayna.gov.az) qəbul ediləcək.
Qeyd
edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim
olunmalıdır.
İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-Zaqatala, Bakı-Balakən, Bakı-Qax, Bakı-Şəki, Bakı-Qəbələ, Bakı-Göyçay, Bakı-İmişli, Bakı-Cəlilabad istiqamətlərində 10 lot üzrə oktyabrın 21-də;
Bakı-Cəlilabad, Mingəçevir-Qazax, Mingəçevir-Tərtər, Şəki-Mingəçevir, Bərdə-İsmayıllı, Gəncə-Qazax və Qazax-Gəncə istiqamətlərində 10 lot üzrə oktyabrın 24-də;
Qazax-Gəncə, Bakı-Xankəndi-Laçın, Bakı-Ağdam, Sumqayıt-Laçın, Beyləqan-Xankəndi, Ağcabədi-Laçın, Bakı-Cəbrayıl, Bakı-Zəngilan (Ağalı kəndi), Bakı-Qubadlı istiqamətlərində 9 lot üzrə oktyabrın 28-də;
Aşağı Ağasıbəyli (Samux) - Gəncə (Dəmiryolu vağzalı), Alıuşağı (Samux) - Gəncə (Dəmiryolu vağzalı), Burunqovaq (Samux) - Gəncə (Dəmiryolu vağzalı), Düzqışlaq (Şəmkir stansiyası) - Gəncə (avtovağzal), Qaraarx (Samux) - Gəncə (Dəmiryolu vağzalı) istiqamətlərində 5 lot üzrə oktyabrın 31-də;
paytaxtın
206 nömrəli (“Elmlər Akademiyası” metrostansiyası - Lökbatan qəsəbəsi), 182
nömrəli (Binə qəsəbəsi - Mərdəkan qəsəbəsi) və 146 nömrəli (Yeni Suraxanı qəsəbəsi
– Şüvəlan qəsəbəsi) şəhərətrafı avtobus marşrutları üzrə 3 lotda noyabrın 4-də
baxılacaq.
Lotlar
üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan
əldə edə bilərsiniz.
Şəhərlərarası
(rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə
uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma
sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının
artırılmasıdır.
Digər xəbərlər
15 Iyul, 2026
Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir
15 Iyul, 2026
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir
15 Iyul, 2026
39 nömrəli marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
14 Iyul, 2026
172 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
10 Iyul, 2026
6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir