399 küçə və prospektdə 4 mindən çox nişan quraşdırılıb
08 May, 2025
Bakı şəhərində
müasir standartlara cavab verən yol infrastrukturunun qurulması prosesi davam
etdirilir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən bu ilin əvvəlindən
piyadaların və digər nəqliyyat iştirakçılarının təhlükəsizliyinin artırılması məqsədilə
bir sıra işlər görülüb.
İlin ilk 4 ayı ərzində 399 küçə və prospektdə 4172 yol nişanı quraşdırılıb.
Müasir standartlara cavab verən bu yol nişanları ekoloji təmiz və təkrar emala
uyğun yüngül materialdan hazırlanıb. Bu nişanlar həm davamlı, həm də ətraf
mühitə zərərsizdir. Korroziyaya dayanıqlı olan nişanlar maksimum
işıqqaytarıcıdır və aydın görüntünü təmin edir.
Görülən
işlər çərçivəsində 269 küçədə müxtəlif xətlənmə işləri icra edilib.
Piyadaların
yolu təhlükəsiz şəkildə keçmələrini təmin etmək məqsədilə 178 küçə və prospektdə
377 piyada keçidi bərpa olunub və ya yenisi təşkil edilib. Xətlənmə işlərində
yeni texnologiyalardan istifadə olunub. 90 küçə və prospektdə 212 yerdə piyada
keçidi ikikomponentli boya ilə çəkilib. Boyanın işıq qaytarıcılığını artırmaq məqsədilə
şüşə tozundan istifadə olunub. 111 küçə və prospektdə 165 yerdə piyada keçidində
yol nişanlama texnologiyasında çoxfunksiyalı və keyfiyyətli boyalara üstünlük
verilib. Bununla da piyadaların və sürücülərin təhlükəsizlik səviyyəsi daha da
artırılıb.
Digər xəbərlər
15 Iyul, 2026
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir
15 Iyul, 2026
Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir
15 Iyul, 2026
39 nömrəli marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
14 Iyul, 2026
172 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
10 Iyul, 2026
6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir