4 istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
25 Sentyabr, 2026
Sərnişindaşıma
sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin
təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Bakı-Qusar, Bakı-Xudat,
Sumqayıt-Sınıq Körpü və Lənkəran-Astara avtobus marşrutları üzrə müsabiqələrin
qalibləri müəyyən edilib.
Bakı–Qusar
marşrutu üzrə hüquqi şəxs “Aliosman Ağasoy” MMC;
Bakı–Xudat
marşrutu üzrə hüquqi şəxs “Uğurlu Yol” MMC;
Sumqayıt–Sınıq
Körpü marşrutu üzrə fiziki şəxs Yusibov Faiq Nəriman oğlu;
Lənkəran–Astara
marşrutu üzrə hüquqi şəxs “Min.Avtotrans” MMC qalib elan olunublar.
Müsabiqə
“Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel
tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili
(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin
daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi
Qaydası”na uyğun təşkil olunur.
Marşrut
xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli
qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən
xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin
marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.
Digər xəbərlər
06 Noyabr, 2026
Avtobuslardan istifadə rekord həddə çatıb
05 Noyabr, 2026
"Biletim.az” portalı üzərindən onlayn bilet satışı artıb
05 Noyabr, 2026
203 nömrəli marşrutun avtobusları yenilənir
04 Noyabr, 2026
Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq
03 Noyabr, 2026
195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilir