41 nömrəli marşrut nağdsız ödəniş sisteminə keçir
19 Mart, 2026
Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişin daşımalarını yerinə
yetirən subyektlərdə gedişhaqqının nağdsız ödənilməsini təmin edən ödəniş
sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər davam etdirilir.
Martın
23-dən Binəqədi qəsəbəsini metronun “Azadlıq prospekti” stansiyası ilə əlaqələndirən
41 nömrəli müntəzəm marşrutda nağdsız ödəniş tətbiq ediləcək.
Marşrut
üzrə 15 yeni “İsuzu” markalı avtobus fəaliyyət göstərir. Nəqliyyat vasitələri
müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.
Avtobuslarda gedişhaqqı 0,60 AZN müəyyən edilib.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir