45 nömrəli müntəzəm marşrutun avtobusları yenilənir
12 May, 2026
Binəqədi
rayonunun M.Ə.Rəsulzadə qəsəbəsini metronun “Azadlıq prospekti” stansiyası ilə əlaqələndirən
45 nömrəli şəhərdaxili müntəzəm marşrutda istismar olunan avtobuslar yenilənir.
Mayın
13-dən sərnişinlərin xidmətinə veriləcək
7 ədəd İsuzu HC45 markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG
texnologiyası ilə təchiz olunub.
Avtobuslar
6-7 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərəcək.
Qeyd
edək ki, sərnişin tələbatı nəzərə alınaraq marşrutun hərəkət istiqaməti dəyişdirilərək
son dayanacaq məntəqəsi metronun “Nəsimi” stansiyası təyin olunub.
Avtobuslarda
ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN müəyyən edilib.
Vətəndaşların
rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi
məqsədilə avtobus parkının yenilənməsi AYNA tərəfindən diqqətdə saxlanılır.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir