5 avtobus marşrutu üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
23 Iyun, 2025
AYNA tərəfindən
sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində
qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı
olaraq Bakı-Gədəbəy, Bakı-Lənkəran, Bakı-Sabirabad, Bakı-Ağdaş və Mingəçevir-Şəki şəhərlərarası avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.
“Bakı-Gədəbəy”
marşrutu üzrə hüquqi şəxs "Xoşqədəmli" MMC;
“Bakı-Lənkəran”
marşrutu üzrə fiziki şəxs Həsənli Mirnahid İqbal oğlu;
“Bakı-Sabirabad”
marşrutu üzrə fiziki şəxs İsmayılov Elxan Hüseyn oğlu;
“Bakı-Ağdaş”
marşrutu üzrə fiziki şəxs Məhərrəmov Tural Elşad oğlu;
“Mingəçevir-Şəki”
marşrutu üzrə fiziki şəxs Rəsulov Şərif Kamal oğlu qalib elan olunublar.
Qeyd
edək ki, marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq,
AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma
sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının
artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin
olunmasıdır.
Müsabiqə
“Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel
tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili
(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin
daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi
Qaydası”na uyğun təşkil olunur.
Digər xəbərlər
26 May, 2026
Naxçıvanda yol nişanları yenilənir
25 May, 2026
Daha 3 ünvanda minib-düşmə yeri yaradılıb
25 May, 2026
Avtovağzallar bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
25 May, 2026
“Biletim.az” portalına yeni funksiya əlavə olunub
23 May, 2026
WUF13 çərçivəsində 179 000-ə yaxın sərnişin daşınıb