525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir
17 Iyul, 2026
Abşeron rayonunun Masazır kəndini
("Zəngilan şəhərciyi" yaşayış kompleksi), metronun "Memar Əcəmi"
stansiyası ilə əlaqələndirən 525 nömrəli müntəzəm marşrutun fəaliyyəti təkmilləşdirilir.
Məqsəd bu marşrutdan istifadə edən "Zəngilan şəhərciyi" yaşayış
kompleksinin sakinlərinin səfər müddətinin azaldılması, həmçinin “Yeni Bakı” və
“Qurtuluş-93” yaşayış komplekslərinin sakinlərinin marşrut istiqamətinin müəyyən
edilməsində çətinliklərin aradan qaldırılmasıdır.
İyulun 18-dən sözügedən
marşrut 525A və 525B nömrələri adı altında fəaliyyət göstərəcək.
Marşrutlar üzrə sərnişinlərə
müasir, CNG texnologiyası ilə təchiz edilən 28 ədəd “King Long” markalı avtobus
xidmət göstərəcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN müəyyən
edilib.
525A nömrəli marşrutun
başlanğıc dayanacaq məntəqəsi Masazır kəndi (“Yeni Bakı” yaşayış kompleksi),
son dayanacaq məntəqəsi isə metronun “Memar Əcəmi” stansiyası olacaq. Marşrut
6-7 dəqiqə hərəkət interval ilə fəaliyyət göstərəcək.
525B nömrəli marşrutun
başlanğıc dayanacaq məntəqəsi Masazır kəndi (“Zəngilan şəhərciyi” yaşayış
kompleksi), son dayanacaq məntəqəsi isə metronun “Memar Əcəmi” stansiyası
olacaq. Avtobuslar 10 dəqiqə intervalla hərəkət edəcək.
Eyni zamanda vətəndaşların
Masazır kəndi daxilində “Yeni Bakı” yaşayış kompleksindən "Zəngilan şəhərciyi"
yaşayış kompleksi istiqamətində gedişlərinin təmin edilməsi məqsədilə 524
nömrəli marşrut da fəaliyyət göstərəcək. Gedişhaqqı 0,50 AZN müəyyən edilib.
Digər xəbərlər
31 Avqust, 2026
199 nömrəli marşrutun bütün avtobusları dəyişdirilir
29 Avqust, 2026
Təmir işləri ilə əlaqədar 21 marşrutun hərəkət sxemi dəyişdirilib
27 Avqust, 2026
“Qarabağ”–“Tvente” oyunu ilə əlaqədar müvəqqəti dəyişiklik
27 Avqust, 2026
Xaçmaz rayonunda yeni dayanacaq pavilyonları quraşdırılır
26 Avqust, 2026
Daha 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub