53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
26 Avqust, 2026
Badamdar qəsəbəsi, Cavidan
İbrahimli küçəsində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət
səbəbindən 53 nömrəli müntəzəm marşrutun nizamlı fəaliyyəti təmin olunmadığından hərəkət
sxemi müvəqqəti dəyişdirilib.
Hazırda 53 nömrəli marşrut başlanğıc dayanacaq məntəqəsi “20-ci Sahə”
yaşayış massivi, son dayanacaq məntəqəsi isə Abbas Mirzə Şərifzadə küçəsi (Respublika Klinik Xəstəxanası)
olmaqla fəaliyyət göstərir.
Eyni zamanda, vətəndaşların ictimai nəqliyyata əlçatanlığını
təmin etmək üçün 3 nömrəli müntəzəm marşrutun Badamdar qəsəbəsində hərəkəti Cavidan
İbrahimli küşəsinə (“Atilla” İdman Mərkəzi) kimi təşkil olunur.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir