569 nömrəli marşrut xəttində avtobuslar dəyişir
27 Fevral, 2026
Masazır kəndini Bakı Beynəlxalq
Avtovağzal Kompleksi ilə əlaqələndirən 569 nömrəli müntəzəm marşrut üzrə
keçirilən müsabiqənin
nəticəsinə əsasən, martın
1-dən yeni daşıyıcı xəttin istismarını həyata keçirəcək.
Marşrut xəttində nisbətən yeni ortatutumlu “Karsan”
markalı avtobuslar fəaliyyət göstərəcək. 13 avtobus 7-8 dəqiqə hərəkət
intervalı ilə sərnişinlərin xidmətində olacaq. Avtobuslarda ödəniş nağdsız
qaydadadır. Gedişhaqqı 0,50 AZN müəyyən edilib.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir