594 və 595 nömrəli ekspres marşrutlarında qiymət dəyişikliyi
13 Yanvar, 2026
Yanvarın 17-dən Bakı-Sumqayıt istiqamətində fəaliyyət
göstərən 594 və 595 nömrəli ekspres marşrutlarında gedişhaqqı 10 qəpik
artırılaraq 90 qəpik təşkil edəcək.
594 və 595 nömrəli marşrutlar artıq əsas müntəzəm xətlərə
alternativ kimi fəaliyyət göstərəcək. Sözügedən marşrutlar istifadəyə verildikdə
həmin istiqamətdə alternativlər az idi. Hazırda isə bu istiqamət üzrə yeni
yaradılmış 500 və marşrutu uzadılmış 503 nömrəli avtobuslar ötən ildən iki şəhər
arasında əsas tələbatı qarşılayır. Bu marşrutlarda tarif dəyişilmir və 80 qəpik
səviyyəsində qalır. Bu xətlərdə hazırda ekoloji təmiz CNG mühərrikli və müasir
BMC markalı ümumilikdə 41 avtobus istismar olunur.
Qeyd edək ki, hər zaman ekspres marşrutlarında qiymət
müntəzəm marşrutlardan daha yüksək təyin olunur.
Xatırladırıq ki, 594 və 595 nömrəli ekspres
marşrutlarında “Neoplan” markalı müasir avtobuslar fəaliyyət göstərir.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir