67 nömrəli marşrutun avtobusları yenilənir
24 Fevral, 2026
Paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsini Nərimanov rayonunun Çernyayevski küçəsi
ilə
əlaqələndirən
67 nömrəli şəhərdaxili müntəzəm marşrutda istismar olunan avtobuslar yenilənir.
Fevralın
25-dən sərnişinlərin xidmətinə veriləcək 16 böyüktutumlu "Zhongtong"
markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz
olunub.
Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı
0,60 AZN müəyyən edilib.
Qeyd edək ki, vətəndaşların rahatlığı, onlara
keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədilə
avtobus parkının yenilənməsi AYNA tərəfindən diqqətdə saxlanılır.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir