7-11 noyabr 2025-ci il tarixlərində gündüz və gecə görülən işlərin xronikası
14 Noyabr, 2025
Yenilənmə işləri:
Koroğlu Rəhimov küçəsində avtobus dayanacaq məntəqələrində “1.17” üfüqi nişanlanma xətti və “BUS” loqosu çəkilib
Parlament prospekti və Koroğlu Rəhimov küçəsində yeni təşkil edilmiş piyada keçidlərində iki komponentli boyadan istifadə olunaraq piyada zolaqları çəkilib
İnşaatçılar prospektində üfüqi nişanlanma xətti çəkilib
Ziya Bünyadov və Azadlıq prospektlərində avtobus zolağı yenilənib
Bakı-Sumqayıt yolunda avtobus zolağı çəkilib
İnşaatçılar prospektində avtobus dayanacaq məntəqələrində “1.17” üfüqi nişanlanma xətti çəkilib
Neftçilər prospektində üfüqi nişanlanma xətləri yenilənib
İnşaatçılar prospektində yeni təşkil edilmiş piyada keçidlərində iki komponentli boyadan istifadə olunmaqla piyada zolaqları çəkilib
İnşaatçılar prospektində termoplastik boyadan istifadə olunmaqla üfüqi nişanlanma xətləri çəkilib
Koroğlu Rəhimov küçəsi və Neftçilər prospektində üfüqi nişanlanma xətləri çəkilib
İctimai nəqliyyat infrastrukturu:
Milli Həmrəylik küçəsində 2, Neapol, Nəsirəddin Tusi, Etibar Bəkirov və Xəlil Rza Ulutürk küçələrində, eləcə də Babək prospektində dayanacaq pavilyonu quraşdırılıb
Binəqədi-Mehdiabad yolunda 2 ədəd “5.12” yol nişanı quraşdırılaraq dayanacaq məntəqəsi təşkil edilib
Moskva prospektində, Bülbülə-Əmircan yolunda, Eldar Xəlilov, Kişvəri Dilməqani və Məhəmməd Hadi küçələrində dayanacaq pavilyonları quraşdırılıb
Mikromobillik:
Xaqani küçəsində mikromobillik yollarının digər yollarla kəsişmələrində yaşıl boya ilə üfüqi nişanlanma xətti və ağ boya ilə velokeçidlər çəkilib
İnşaatçılar prospektində velosiped keçidinin təşkili üçün üfüqi nişanlanma xətləri çəkilib
Parklanma:
Dadaş Bünyadzadə küçəsində 4, Füzuli küçəsində 5, Mirmahmud Kazımovski küçəsində 11 parklanma məntəqəsində yol nişanı quraşdırılıb
Xan Şuşinski küçəsində 7 parklanma məntəqəsinin təşkili üfüqi nişanlanma xətləri çəkilib
Hüseynbala Əliyev küçəsində 64, Salyan şosesində 44 yerlik parklanma məntəqəsində üfüqi nişanlanma xətləri yenilənib
Babək və Ziya Bünyadov prospektlərində “3.27” yol nişanları quraşdırılıb
Parlament prospektində iki parklanma məntəqəsində yol nişanı quraşdırılıb
Yol nişanları:
Babək prospektində 13, Faiq Yusifov küçəsində 1, Mirzə Ələkbər Sabir küçəsində 5, Koroğlu Rəhimov küçəsində 9 yol nişanı quraşdırılıb
Parlament prospektində 4, Babək prospektində 14, Ziya Bünyadov prospektində 15, Qala-Pirallahı şosesində 16 yeni yol nişanı quraşdırılıb
Digər xəbərlər
15 Iyul, 2026
Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir
15 Iyul, 2026
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir
15 Iyul, 2026
39 nömrəli marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
14 Iyul, 2026
172 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
10 Iyul, 2026
6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir