141

Əsas Xəbərlər

7, 8 və 9 iyul 2025-ci il tarixlərində gündüz və gecə görülən işlərin xronikası

7, 8 və 9 iyul 2025-ci il tarixlərində gündüz və gecə görülən işlərin xronikası

14 Iyul, 2025

7, 8 və 9 iyul 2025-ci il tarixlərində gündüz və gecə görülən işlərin xronikası

Yenilənmə işləri:

Heybət Heybətov, Məmmədhəsən Hacinski, Musa Bayramov, Azərbaycan Qadını, Zabrat-Maştağa şosesi, Elman Rüstəmov və Bünyad Sərdarov küçələrində 1, Mehdi Hüseynzadə küçəsində 4, Yavər Əliyev, Zabrat-Maştağa şosesi və Nardaran qəsəbəsində 2, Mərkəzi Bulvar küçəsi və Azadlıq prospektində isə 6 piyada keçidi yenilənib

Maştağa qəsəbəsi, Binəqədi-Balaxanı yolu, Həmrəylik küçəsi, Azərbaycan Qadını küçəsi, Elşən Məhərrəmli küçəsi və Səməd Vurğun küçələrində 1, Asif Əsədullayev küçəsi və Zabrat qəsəbəsində 2, Bülbül prospektində və Mərkəzi Bulvar küçəsində isə 5 ədəd piyada keçidi yenilənib

Bakı-Sumqayıt yolunda, Şəmsi Bədəlbəyli küçəsində və Azadlıq prospektində üfüqi nişanlanma xətləri yenilənib

Bülbül prospektində üfüqi nişanlanma xətti çəkilib

Ayaz İsmayılov küçəsinin Xocalı prospekti ilə kəsişməsində yeni təşkil edilmiş piyada keçidində piyada zolağı çəkilib

Azadlıq prospekti və 8 Noyabr prospektində üfüqi nişanlanma xətləri yenilənib

Bakı-Sumqayıt yolunda üfüqi nişanlanma xətləri yenilənib

Kənar Dairəvi və Məhəmməd Xiyabani küçəsində üfüqi nişanlanma xətti çəkilib

Bülbül prospektində üfüqi nişanlanma xətlərinin təşkili işləri davam etdirilib

Süleyman Vəzirov küçəsi və Məmməd Səid Ordubadi küçəsində 7 piyada zolağı yenilənib

28 May və Fikrət Əmirov küçələrinin kəsişməsində üfüqi nişanlanma xətti çəkilib

Bülbül prospektində 7 piyada keçidi təşkil edilib


Parklanma:

Mərkəzi Bulvar küçəsində 35 və 1-ci Yaşıl Ada küçəsində 54 parklanma məntəqəsində üfüqi nişanlanma xətləri yenilənib

Mərkəzi Bulvar küçəsində 27 və 2-ci Fəvvarələr küçəsində 85 parklanma məntəqəsində üfüqi nişanlama xətləri yenilənib

Mehdi Hüseyn küçəsində 24 yerlik parklanma məntəqəsinin təşkili üçün üfüqi nişanlanma xətləri təşkil edilib

Gəncə prospekti ilə Xudu Məmmədov küçəsinin kəsişməsində 1 ədəd “Dayanmaq qadağandır”  yol nişanı quraşdırılıb

Həsənbəy Zərdabi prospektində 16, İsmayıl bəy Qutqaşınlı küçəsində 24  parklanma məntəqəsinin təşkili üçün üfüqi nişanlanma xətti çəkilib

Xəqani Rüstəmov küçəsində 58 parklanma məntəqəsində üfüqi nişanlanma xətləri yenilənib




Yol nişanları:

Mərdəkan yolunda 6, İstiqlaliyyət küçəsində 13 ədəd yol nişanı quraşdırılıb

Babək prospektində 8 ədəd minib-düşmə məlumat lövhəsi quraşdırılıb

Röyal Babazadə küçəsində, Suraxanı rayonunda və Səttar Bəhlülzadə küçəsində 2, Şahin Məhərrəmov və Xanlar Ələkbərov küçələrində 1, Mərdəkan şosesində 4, Zuğulba şosesində 8, İstiqlaliyyət küçəsində 15 yol nişanı quraşdırılıb

Xanlar Ələkbərov küçəsində 2 , Mirzəağa Əliyev küçəsində 1, Sərdar Səfərov küçəsində 9, 8-ci Zavod küçəsində 6, Ziya Bünyadov prospektində 33 ədəd yol nişanı quraşdırılıb


İctimai nəqliyyat infrastrukturu:

Mərdəkan yolunda 2 ədəd dayanacaq məntəqəsi təşkil edilib

Çingiz Xan küçəsində 1, Abbas Fətullayev küçəsində 3 və Ziya Bünyadov prospektində dayanacaq məntəqəsi təşkil edilib


Mikromobillik:

Bülbül prospektində mikromobillik zolağında yaşıl boya ilə velosiped keçidi və velosiped keçidi başlıqları təşkil edilib

Mirzəağa Əliyev küçəsində 2 ədəd velosiped zolağı yol nişanı quraşdırılıb

Bülbül prospektində mikromobillik zolağında üfüqi nişanlanma xətti çəkilib

Azadlıq prospektində mikromobillik zolağında üfüqi nişanlanma xətləri yenilənib


Xəbəri sosial platformalarda paylaş: