7 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
28 Avqust, 2025
AYNA tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Bakı-Horadiz, Bakı-Sınıq Körpü, Bakı-Zaqatala, Bakı-Ağcabədi, Sumqayıt-Quba, Qazax-Gəncə şəhərlərarası və 157 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.
“Bakı-Horadiz” marşrutu üzrə
fiziki şəxs Quliyev Sərdar Əjdər oğlu;
“Bakı-Sınıq Körpü” və “Bakı-Zaqatala”
marşrutları üzrə hüquqi şəxs “BakuBus” MMC;
“Bakı-Ağcabədi” marşrutu üzrə fiziki
şəxs Süleymanov Elxan Abdulla oğlu;
“Sumqayıt-Quba” marşrutu üzrə
fiziki şəxs Hümbətov Hikmət Behbud oğlu;
“Qazax-Gəncə” marşrutu üzrə fiziki
şəxs Pənahov Vaqif Nəriman oğlu;
157 nömrəli marşrut üzrə hüquqi şəxs "BusTrans" MMC qalib elan olunublar.
Qeyd edək ki, marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.
Digər xəbərlər
17 Iyul, 2026
525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir
17 Iyul, 2026
“Koroğlu” NMM-i Sea Breeze ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayır
15 Iyul, 2026
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir
15 Iyul, 2026
Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir
15 Iyul, 2026
39 nömrəli marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir