71 və 206 nömrəli avtobus marşrutları üzrə keçirilən müsabiqələrin qalibi müəyyən edilib
29 Oktyabr, 2025
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini “Azadlıq prospekti” metrostansiyası ilə əlaqələndirən 71 nömrəli şəhərdaxili və “Elmlər Akademiyası” metrostansiyasını Lökbatan qəsəbəsi ilə əlaqələndirən 206 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə keçirilən müsabiqələrin qalibi müəyyən edilib.
71 və 206 nömrəli marşrutlar üzrə hüquqi şəxs "Xaliq Faiqoğlu" MMC
komissiya üzvləri tərəfindən qalib elan olunub.
Qeyd edək ki, müsabiqələrin nəticələrinə əsasən, 71 nömrəli marşrut üzrə
istismar ediləcək 10 nəqliyyat vasitəsi 2025-ci il istehsalı olan müasir
avtobuslardır.
Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən
mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində
göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin
marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.
Müsabiqə “Avtomobil nəqliyyatı
haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı
ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası
(rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına
daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil
olunur.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir