8 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
25 Avqust, 2025
AYNA tərəfindən
sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində
qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı
olaraq Bakı-Lənkəran, Bakı-Sabirabad, Bakı-Oğuz, Sumqayıt-Horadiz, Mingəçevir-Qazax,
Mingəçevir-Balakən, Gəncə-Qazax şəhərlərarası avtobus marşrutları üzrə müsabiqələrin
qalibləri müəyyən edilib.
“Bakı-Lənkəran”
marşrutu üzrə fiziki şəxs Şahverdiyev Vüqar Aydın oğlu;
“Bakı-Sabirabad”
marşrutu üzrə fiziki şəxs Baxşiyev Ramin Xələf; oğlu
“Bakı-Oğuz”
marşrutu üzrə hüquqi şəxs "ALS Logistics Center" MMC;
“Sumqayıt-Horadiz”
marşrutu üzrə hüquqi şəxs “Kaspian Ekspress” MMC;
“Mingəçevir-Qazax”
marşrutu üzrə fiziki şəxs Əliyev Cavad İlqar oğlu;
“Mingəçevir-Balakən”
marşrutu üzrə fiziki şəxs Əliyev Samir Aydın oğlu;
“Gəncə-Qazax”
marşrutu üzrə fiziki şəxs Layıcov Şakir Cəmil oğlu və hüquqi şəxs "Mələyim"
MMC qalib elan olunublar.
Qeyd
edək ki, marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq,
AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma
sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının
artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin
olunmasıdır.
Müsabiqə
“Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel
tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili
(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin
daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi
Qaydası”na uyğun təşkil olunur.
Digər xəbərlər
26 May, 2026
Naxçıvanda yol nişanları yenilənir
25 May, 2026
Daha 3 ünvanda minib-düşmə yeri yaradılıb
25 May, 2026
Avtovağzallar bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
25 May, 2026
“Biletim.az” portalına yeni funksiya əlavə olunub
23 May, 2026
WUF13 çərçivəsində 179 000-ə yaxın sərnişin daşınıb