8 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
25 Fevral, 2026
Xocalı soyqırımının 34-cü
ildönümü ilə əlaqədar təşkil ediləcək anım mərasimi ilə bağlı Xocalı prospekti
ilə kəsişən, birləşən və paralel olan Mehdi Mehdizadə, Kamandar Əhmədov, Ayaz
İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində nəqliyyat vasitələrinin
hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Məhdudiyyətlə əlaqədar 4, 10,
21, 30, 32, 46, 49 və 120 nömrəli müntəzəm avtobusların hərəkəti alternativ küçələrdən
təşkil ediləcək:
4 nömrəli marşrut
Bakı Ağ Şəhər – “Nəriman Nərimanov”
metrostansiyası: 8 Noyabr prospekti – Afiyəddin Cəlilov küçəsi – Yusif Səfərov
küçəsi – 28 May küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;
“Nəriman Nərimanov”
metrostansiyası - Bakı Ağ Şəhər: Neftçilər prospekti – 8 Noyabr prospekti – Xaqani
Rüstəmov küçəsi (“Boulevard Hotel Baku”) – 1-ci Yaşıl ada küçəsi, daha sonra öz
hərəkət sxemi üzrə;
10 nömrəli marşrut
Bakı Ağ Şəhər – Yasamal yaşayış
kompleksi (MİDA): 8 Noyabr prospekti – Afiyəddin Cəlilov küçəsi – Yusif Səfərov
küçəsi – 28 May küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;
Yasamal yaşayış kompleksi
(MİDA) - Bakı Ağ Şəhər: Neftçilər prospekti – 8 Noyabr prospekti – Xaqani Rüstəmov
küçəsi (“Boulevard Hotel Baku”), daha sonra öz hərəkət sxemi üzrə;
21 nömrəli marşrut
“Əhmədli” metrostansiyası – “28
May” NMM: 8 Noyabr prospekti – Afiyəddin Cəlilov küçəsi – Yusif Səfərov küçəsi
– 28 May küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;
30 nömrəli marşrut
“Xalqlar Dostluğu” metrostansiyası
– “28 May” NMM: Babək prospekti – Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət
sxemi üzrə;
28 May NMM – “Neftçilər” metrostansiyası:
Yusif Səfərov küçəsi - Babək prospekti, daha sonra öz hərəkət sxemi üzrə;
32 nömrəli marşrut
“Neftçilər” metrostansiyası – “28
May” NMM: 8 Noyabr prospekti – Afiyəddin Cəlilov küçəsi – Yusif Səfərov küçəsi
– 28 May küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;
“28 May” NMM – “Neftçilər” metrostansiyası:
Neftçilər prospekti – 8 Noyabr prospekti, daha sonra öz hərəkət sxemi üzrə;
46 nömrəli marşrut
Günəşli qəsəbəsi – “28 May”
NMM: 8 Noyabr prospekti – Afiyəddin Cəlilov küçəsi – Yusif Səfərov küçəsi – 28
May küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;
“28 May” NMM - Günəşli qəsəbəsi:
Neftçilər prospekti – 8 Noyabr prospekti, daha sonra öz hərəkət sxemi üzrə;
49 nömrəli marşrut
68 nömrəli məktəb (Sabunçu rayonu)
– “28 May” NMM: Nəcəfqulu Rəfiyev küçəsi - 8 Noyabr prospekti – Afiyəddin Cəlilov
küçəsi – Yusif Səfərov küçəsi – 28 May küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;
“28 May” NMM - 68 nömrəli məktəb
(Sabunçu rayonu): Neftçilər prospekti – 8 Noyabr prospekti - Nəcəfqulu Rəfiyev
küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;
120 nömrəli marşrut
Hövsan qəsəbəsi – “28 May” NMM: 8 Noyabr prospekti – Afiyəddin Cəlilov küçəsi – Yusif Səfərov küçəsi – 28 May küçəsi, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir