8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
15 Oktyabr, 2026
Binəqədi şosesinin Mehdiabad yolu ilə kəsişməsindən
Zəngəzur küçəsi ilə kəsişməsinədək olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar
16 oktyabr saat 23:00-dan nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq
ediləcək.
Məhdudiyyət səbəbindən 8 müntəzəm marşrutun (100, 108A,
108B, 123, 133, 147, 165 və 179 nömrəli) hərəkət sxemləri müvəqqəti dəyişdiriləcək.
100, 108B, 123, 133, 165 və 179 nömrəli marşrutların metronun "Azadlıq
prospekti" stansiyası və əks istiqamətdə hərəkəti Biney Qazi, Gülməmməd
Ramazanov, 10 May, Araz, Ozan, Telman Kəlbiyev və Zəngəzur küçələri, Binəqədi
şosesi, daha sonra mövcud hərəkət sxemi üzrə təşkil ediləcək.
108A və 147 nömrəli marşrutların metronun "Azadlıq
prospekti" stansiyası istiqamətində hərəkəti 28 May, Məmməd Araz və 1-ci Göl
kənarı küçələri, Ziya Bünyadov və Azadlıq prospektləri, eləcə də Çingiz
Aytmatov küçəsi ilə təşkil olunacaq. Əks istiqamətdə isə avtobuslar Çingiz
Aytmatov, Şövkət Məmmədova və Əcəmi Naxçıvani küçələri, Atatürk və Ziya
Bünyadov prospektləri, 1-ci Göl kənarı, Məmməd Araz və 28 May küçələri, daha
sonra mövcud sxem üzrə hərəkət edəcək.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir
12 Oktyabr, 2026
Futbol oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir