8 Noyabr prospekti və 28 May küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
07 Avqust, 2024
Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar 8-12 avqust tarixlərində 8 Noyabr prospektində (Gəncə prospektindən C.Həsənov küçəsinədək (Gənclik parkı)) nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq. Tətbiq edilən məhdudiyyətlə əlaqədar 21, 51 və 120 nömrəli müntəzəm marşrutların hərəkət sxemi alternativ olaraq Gəncə prospekti, Ceyhun Həsənov küçəsi və 8 Noyabr prospekti ilə təşkil ediləcək.
Avqustun 8-dən Nəsimi rayonu, 28 May küçəsində (K.Səfərəliyeva küçəsindən R.Behbudov küçəsinədək) nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Bununla əlaqədar 1, 46 və H1 nömrəli müntəzəm marşrutların hərəkət sxemi alternativ olaraq Mehbalı Zeynalabdıyev, Dilarə Əliyeva, Rixard Zorge, Üzeyir Hacıbəyli və Puşkin küçələri ilə təşkil ediləcək.
Digər xəbərlər
06 Noyabr, 2026
Avtobuslardan istifadə rekord həddə çatıb
05 Noyabr, 2026
"Biletim.az” portalı üzərindən onlayn bilet satışı artıb
05 Noyabr, 2026
203 nömrəli marşrutun avtobusları yenilənir
04 Noyabr, 2026
Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq
03 Noyabr, 2026
195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilir