Ali təhsil müəssisələrində mikromobilliklə bağlı geniş kampaniya aparılıb
25 Noyabr, 2025
Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) təşkilatçılığı ilə “Universitetlərdə mikromobillik
infosessiyaları” layihəsi çərçivəsində bu il paytaxtın 10 ali təhsil müəssisəsində
maarifləndirici sessiyalar həyata keçirilib.
Layihənin
əsas məqsədi tələbələr arasında mikromobillik mədəniyyətinin formalaşdırılması,
təhlükəsiz hərəkət vərdişlərinin gücləndirilməsi və mövcud infrastruktur barədə
fikir mübadiləsinin aparılmasıdır.
Sessiyalarda
3000-dən çox tələbə iştirak edib. Bununla yanaşı, tərəfdaş APAR şirkəti tərəfindən
təşkil edilən praktiki velosiped təlimlərinə 500-ə yaxın iştirakçı cəlb olunub.
Təlimlər tələbələrin skuter və velosipedlərdən daha təhlükəsiz və düzgün
istifadə bacarıqlarının artırılmasına xidmət edib.
İnfosessiyalarda
iştirak edən tələbələr arasında aparılan sorğu mikromobillik vasitələrindən
istifadəyə marağın artdığını göstərib. Sorğunun nəticələrinə əsasən, tələbələrin
üçdə biri mikromobillik vasitələrindən istifadə edir. Ən çox üstünlük verdikləri
vasitə skuterdir. İstifadə etməyənlər isə əsas səbəb kimi infrastrukturun kifayət
etməməsi və təhlükəsizlik risklərini qeyd ediblər. Respondentlər zolaqların
yaradılmasını və maarifləndirmənin artırılmasını təklif ediblər.
Qeyd
edək ki, toplanan məlumatlar tələbələr arasında mikromobillik
davranışını, hazırkı çətinlikləri və gələcək gözləntiləri daha aydın şəkildə göstərir.
Bu nəticələr həm universitet mühitində, həm də şəhər səviyyəsində
planlaşdırılacaq yeni infrastruktur layihələri üçün dəyərli baza rolunu
oynayır.
AYNA-nın
həyata keçirdiyi bu layihə tələbəyönümlü, təhlükəsiz və davamlı nəqliyyat
modelinin qurulmasına mühüm töhfə verir və mikromobillik ekosisteminin
inkişafına yeni impuls daşıyır.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir