“Avropa Mobillik Həftəsi” çərçivəsində “Avtomobilsiz gün” təşkil olunacaq
15 Sentyabr, 2026
Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı şəhərində “Avropa Mobillik Həftəsi”nə
müraciət edib və namizədliyi uğurla təsdiqlənib. Bu istiqamətdə 16–22 sentyabr 2026-cı
il tarixlərində davamlı hərəkətliliyin təşviqinə dair silsilə tədbirlər keçiriləcək.
Tədbirlər
çərçivəsində orta və ali təhsil müəssisələrində şagird və tələbələr üçün interaktiv
maarifləndirmə sessiyaları təşkil olunacaq, təhlükəsiz velosiped və
skuter sürmə qaydaları ilə bağlı praktiki təlimlər keçiriləcək.
Velosiped
sürmə bacarıqlarının inkişaf etdirilməsi məqsədilə əhali arasında da təlimlərin
keçirilməsi nəzərdə tutulur. Peşəkar təlimçilər tərəfindən təşkil olunacaq
praktiki dərslər zamanı iştirakçılara qaydalara uyğun sürüş, yol hərəkətinin
digər iştirakçılarına, xüsusilə piyadalara hörmət və təhlükəsiz davranış
qaydaları izah ediləcək.
“Avropa
Mobillik Həftəsi” çərçivəsində hər yaşdan olan həvəskar və peşəkarların iştirakı
ilə genişmiqyaslı veloyürüş də nəzərdə tutulub.
Həftənin
əsas tədbirlərindən biri isə sentyabrın 20-də baş tutacaq “Avtomobilsiz Gün”
olacaq. Həmin gün saat 10:00-dan 20:00-dək Yasamal rayonu, Məhəmməd Naxçıvani
küçəsi nəqliyyat üçün bağlanacaq. Ərazidə gün ərzində sakinlərin iştirakı ilə
müxtəlif tədbirlər təşkil olunacaq.
“Avtomobilsiz
Gün” çərçivəsində yaradılacaq mikromobillik zonasında operatorlar tərəfindən
müxtəlif növ velosiped və skuterlər nümayiş etdiriləcək, iştirakçılara test
sürüşləri və təhlükəsiz idarəetmə üzrə təlimlər keçiriləcək. Uşaqlar üçün ustad
dərsləri, böyüklər üçün isə əyləncəli və interaktiv oyunlar təşkil olunacaq.
Bununla
yanaşı, “Mobillik Dialoqu” panel müzakirəsində dövlət qurumlarının nümayəndələri,
mütəxəssislər və özəl sektor təmsilçiləri paytaxtda mikromobillik
infrastrukturunun inkişaf perspektivlərini və şəhər mobilliyinin gələcəyini
müzakirə edəcəklər.
AYNA tərəfindən
“Avropa Mobillik Həftəsi” çərçivəsində keçirilən tədbirlərin əsas məqsədi şəhər
mobilliyində alternativ nəqliyyat vasitələrindən istifadənin təşviqi, yol hərəkəti
iştirakçılarının təhlükəsizliyi ilə bağlı məlumatlılığın artırılması və daha
rahat, təhlükəsiz və dayanıqlı hərəkətlilik imkanlarının təşviqidir.
Bakı sakinlərini “Avropa Mobillik Həftəsi” çərçivəsində keçiriləcək tədbirlərdə iştirak etməyə dəvət edirik.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir