“Avropa Mobillik Həftəsi” çərçivəsində maarifləndirici tədbir təşkil edilib
16 Sentyabr, 2025
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) nəqliyyat könüllülərinin iştirakı ilə “28 May” Nəqliyyat Mübadilə Mərkəzində maarifləndirici tədbir təşkil edib. Tədbir çərçivəsində mikromobillik və piyada zolaqlarında təsadüfi təhlükəsizlik yoxlanışları keçirilib.
Könüllülər əllərində “Qadağan edilmiş ərazidə mikromobillik vasitələrindən istifadə etmə!”, “Yolda həssas qruplara qarşı diqqətli ol!”, “Avtobusun qarşısından yolu keçmə!”, “Mikromobillik zolaqları piyadalar üçün deyil!”, Riskli manevr etmə!”, “Piyada zolaqlarından istifadə et!”, “Yolu skuterlə yox, piyada keç!”, “Skuter əyləncə vasitəsi deyil, nəqliyyat vasitəsidir!” kimi şüarlar yazılmış plakatlar tutaraq piyadaları yol hərəkəti təhlükəsizliyi, zolaqlardan düzgün istifadə ilə bağlı maarifləndiriblər. Yol hərəkəti iştirakçılarına mövzuya dair broşürlər paylanılıb.
Qeyd
edək ki, “Avropa Mobillik Həftəsi” Avropa Komissiyasının dayanıqlı şəhər hərəkətliliyi
mövzusunda maarifləndirmə kampaniyasıdır. AYNA Bakı şəhərində “Avropa Mobillik Həftəsi”nə
müraciət edib və namizədliyi uğurla təsdiqlənib. Bu istiqamətdə 16-22 sentyabr
tarixlərində davamlı hərəkətliliyə yönələn tədbirlər və “Avtomobilsiz Gün”
keçiriləcək.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir