“Avropa Mobillik Həftəsi” çərçivəsində Naxçıvani küçəsində “Avtomobilsiz gün” təşkil olunacaq
12 Sentyabr, 2025
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı şəhərində “Avropa Mobillik Həftəsi”nə müraciət etdi və namizədliyi uğurla təsdiqləndi. Bu istiqamətdə 16-22 sentyabr tarixlərində davamlı hərəkətliliyə yönələn tədbirlər və “Avtomobilsiz Gün” keçiriləcək.
Tədbirlər çərçivəsində mikromobillik və piyada zolaqlarının təhlükəsizliyi yoxlanılacaq, yeniyetmə və tələbələrə təhlükəsiz skuter sürmə təlimi keçiriləcək, veloyürüş təşkil olunacaq.
Bundan başqa, orta və ali təhsil müəssisələrində interaktiv maarifləndirmə sessiyaları keçiriləcək. Uşaqlar üçün avtobusla şəhər turu təşkil olunacaq. Məqsəd yol hərəkəti və yol nişanlarının izah olunmasıdır.
21 sentyabr tarixində isə Məhəmməd Naxçıvani küçəsində “Avtomobilsiz gün” təşkil olunacaq. Mikromobillik zonasında operatorlar tərəfindən müxtəlif növ velosiped və skuterlər nümayiş etdiriləcək, əhali üçün test sürüşləri və təlimlər keçiriləcək.
Yaradıcılıq zonasında “Nəqliyyat və ətraf mühit” mövzusunda keçirilən rəsm müsabiqəsi qaliblərinin işləri sərgilənəcək. Asfalt üzərində uşaqların rəsm çəkmək bacarıqları yoxlanılacaq. Hər kəs bu tədbirlərə dəvətlidir.
Digər xəbərlər
17 Iyul, 2026
525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir
17 Iyul, 2026
“Koroğlu” NMM-i Sea Breeze ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayır
15 Iyul, 2026
Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir
15 Iyul, 2026
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir
15 Iyul, 2026
39 nömrəli marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir