“Avropa Mobillik Həftəsi” çərçivəsində panel müzakirəsi keçirilib
23 Sentyabr, 2026
“Avropa
Mobillik Həftəsi” çərçivəsində Bakıda “Davamlı Şəhər Hərəkətliliyi: İctimai Nəqliyyat
və Mikromobilliyin İnteqrasiyası” mövzusunda panel müzakirəsi keçirilib.
Tədbirdə
ictimai nəqliyyatın tənzimlənməsi, mikromobillik zolaqlarının genişləndirilməsi
və piyada infrastrukturunun inkişafı məsələləri müzakirə edilib.
Tədbirdə
Azərbaycan Yerüstü Nəqliyyat
Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi,
Daxili İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped İdmanı
Federasiyasının nümayəndələri ekspertlərlə birgə müzakirələr aparıblar.
Panel
müzakirəsinin ilk hissəsində nəqliyyat infrastrukturunda tətbiq olunan şəhərsalma
və planlaşdırma standartları, avtomobillərdən asılılığın azaldılması, ictimai nəqliyyat
və mikromobillik vasitələrindən istifadənin təşviqi ilə bağlı görülən işlərdən
danışılıb.
Müzakirənin
ikinci hissəsi mikromobilliyin inkişaf perspektivlərinə həsr olunub. Tədbirdə
velosiped və skuter istifadəçilərinin təhlükəsizliyi, gənclər arasında
mikromobillik mədəniyyətinin formalaşdırılması, sağlam həyat tərzinin təşviqi müzakirə
edilib.
Qeyd
edək ki, 16–22 sentyabr tarixlərini əhatə edən “Avropa Mobillik Həftəsi” çərçivəsində
AYNA tərəfindən şəhər mobilliyi, dayanıqlı nəqliyyat və alternativ hərəkətlilik
imkanları ilə bağlı bir sıra maarifləndirici tədbirlər və təşəbbüslər həyata
keçirilib.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir