"Avropa Mobillik Həftəsi" çərçivəsində veloyürüş keçirilib
20 Sentyabr, 2025
“Avropa Mobillik Həftəsi” çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Azərbaycan Velosiped Federasiyası və “APAR” şirkətinin təşkilatçılığı ilə veloyürüş keçirilib.
Məqsəd ekoloji nəqliyyat vasitəsi olan velosipedin təbliğini aparmaq və ətraf mühitin qorunmasına töhfə verməkdir.
İştirakçılar Parlament və Hüseyn Cavid prospektlərində salınan mikromobillik zolaqlarının imkanlarından yararlanıblar. Başlanğıcını Şəhidlər Xiyabanından götürən veloyürüş Hüseyn Cavid parkında yekunlaşıb. Tədbir iştirakçılararına sertifikatlar təqdim olunub və onlar sentyabrın 21-də təşkil ediləcək “Avtomobilsiz Gün”ə dəvət olunublar.
Qeyd edək ki, “Avropa Mobillik Həftəsi” Avropa Komissiyasının dayanıqlı şəhər hərəkətliliyi mövzusunda maarifləndirmə kampaniyasıdır. AYNA Bakı şəhərində “Avropa Mobillik Həftəsi”nə müraciət edib və namizədliyi uğurla təsdiqlənib. Bu istiqamətdə 16-22 sentyabr tarixlərində davamlı hərəkətliliyə yönələn tədbirlər keçirilir və “Avtomobilsiz gün” ilə yekunlaşır.
Xatırladaq ki, “Avtomobilsiz gün” 21 sentyabr
tarixində Məhəmməd Naxçıvani küçəsində təşkil olunacaq. Burada müxtəlif
zonalarda operatorlar tərəfindən velosiped və skuterlər nümayiş etdiriləcək, əhali
üçün test sürüşləri və təlimlər keçiriləcək. “Nəqliyyat və ətraf mühit”
mövzusunda keçirilən rəsm müsabiqəsi qaliblərinin işləri sərgilənəcək. Asfalt
üzərində uşaqların rəsm çəkmək bacarıqları yoxlanılacaq. Hər kəs bu tədbirə dəvətlidir.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir