Avtobuslarda yeni ödəniş üsulu sınaqdan keçirilir
20 Dekabr, 2025
Bakı şəhərində
ilk dəfə olaraq avtobus marşrutlarında NFC sistemini dəstəkləyən bütün yerli
bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” vasitəsilə nağdsız ödəniş
mexanizminin tətbiqinə start verilir. Layihənin pilot mərhələsi çərçivəsində, ilk olaraq
500 nömrəli marşrut xəttində (metronun “20 Yanvar” stansiyası – Sumqayıt şəhəri)
tətbiq edilib.
Pilot
layihə 1–3 gün müddətində sınaqdan keçiriləcək. Nəticələr təhlil edilməklə sistemin
tətbiqinin genişləndirilməsi nəzərdə tutulur. Bununla da Bakıdakı bütün marşrut
avtobuslarında NFC ödəniş sistemini dəstəkləyən bütün yerli bank kartları, eləcə
də “Apple Pay” və “Google Pay” tam şəkildə tətbiq olunacaq.
Yeni sistem sərnişinlərə əlavə
üstünlüklər də təqdim edir. Artıq nağd pul və ya fiziki BakıKart daşınmasına
ehtiyac qalmır – telefon, ağıllı saat, bank kartı və ya NFC funksiyalı digər
cihazlar vasitəsilə saniyələr içində ödəniş etmək mümkündür. Cihazı validatora yaxınlaşdırmaq
kifayətdir – ödəniş dərhal tanınır və əməliyyat
tamamlanır.
Sərnişinlər
avtobuslarda ödəniş etdikdə, yalnız NFC dəstəkli bank kartları, həmçinin smartfon
və “BakıKart”dan istifadə etməlidirlər.
Məlumat
üçün bildirək ki, MasterCard və Visa kartları ilə ödəniş sistemi ölkə ərazisində
bir sıra şəhərlərdə, o cümlədən Gəncə və Şamaxıda artıq tətbiq olunur.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir