Avtobuslardan istifadə edənlərin sayı artıb
16 May, 2025
Ölkədə
avtobusla daşınan sərnişinlərin sayı əhəmiyyətli dərəcədə artıb. Dövlət
Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ilin yanvar-aprel ayları ərzində
avtobuslarla 556 milyon 587 min sərnişin daşınıb. Bu, ötən ilin müvafiq dövrü
ilə müqayisədə 36 milyon nəfər çoxdur.
Müşahidələr
göstərir ki, xüsusilə paytaxtda yol infrastrukturunda tətbiq edilən yeniliklər
ictimai nəqliyyatın cəlbediciliyini artırıb. Xüsusi hərəkət zolaqları hesabına
sərnişinlərin rahat, maneəsiz və sürətli daşınması təmin edilib. Belə ki, ictimai
nəqliyyat vasitələrinin bu zolaqlarda orta sürəti artıb, marşrut üzrə hərəkət
vaxtı 12-22 dəqiqəyə kimi azalıb. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə
taksi minik avtomobilləri ilə səyahət edənlərin sayı azalıb.
2025-ci
ilin yanvar-aprel ayları ərzində taksidən 25 milyon 514 min sərnişin istifadə
edib. Bu da, ötən ilin müvafiq dövrü ilə müqayisədə 26 min nəfər azdır.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir