Avtobuslarla bağlı məlumatlar “Map AYNA”da
27 May, 2025
Sərnişinlərin ictimai nəqliyyatla bağlı məlumatları
rahat şəkildə əldə edə biləcəyi “Map AYNA” sistemi yenilənib və funksionallığı artırılıb.
İctimai nəqliyyat barədə rəqəmsal informasiya https://map.ayna.gov.az/ internet resursunda “Avtobus marşrut xətləri” başlığı altında yayımlanır. Hazırda
qeyd edilən platforma vasitəsilə sərnişinlər seçdikləri dayanacaq məntəqəsi, həmin
dayanacaqdan keçməklə fəaliyyət göstərən marşrutların daşıyıcısı, hərəkət
sxemi, tarifi və dayanacaqları haqqında məlumat əldə edə bilərlər. Belə ki, sərnişinlər
dayanacaq məntəqəsini seçərək həmin ərazidən keçən marşrutları görürlər.
Bununla yanaşı, sərnişinlər platformada yer alan “Rəy
bildirin” funksiyasından istifadə etməklə marşrut xətti barədə təkliflərini və
şikayətlərini də qeyd edə bilərlər.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir