Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq
04 Noyabr, 2026
8
Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar respublika ərazisində
fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar əhalinin nəqliyyat xidmətləri
ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 6-10 noyabr tarixlərində
gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyi (AYNA) şəhərlərarası və rayonlararası marşrutlar
üzrə sərnişindaşımaları yerinə yetirən daşıyıcılar tərəfindən fasiləsiz və təhlükəsiz
hərəkətin təmin edilməsi, kassalardan tariflərə uyğun biletlərin qanunamüvafiq
qaydada satışının həyata keçirilməsi, yarana biləcək sərnişin sıxlığının
qarşısının alınması, eləcə də avtobusların təsdiq edilmiş cədvəl üzrə hərəkət
qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı bütün avtovağzal və
avtostansiyalara müvafiq tapşırıqlar verib.
Bakı
Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) bayram günlərində sərnişin axınına
uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına,
sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət
olunacaq.
Sərnişin
sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobusun buraxılması
təmin ediləcək.
Vətəndaşlar
biletləri avtovağzalların kassalarından, həmçinin, “biletim.az” portalından
onlayn qaydada əldə edə bilərlər. Qeyd edək ki, “biletim.az” portalında 61 məntəqəyə
97 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 379 reys olmaqla 426 nəqliyyat
vasitəsi qoşulub.
Vətəndaşlara
daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn
qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.
Tətbiqdə aparılan çoxsaylı təkmilləşdirmələr və əlavə
edilən funksionallıqlar biletin əldə olunması prosesini sürətləndirib və
asanlaşdırıb.
Digər xəbərlər
13 Noyabr, 2026
Oktyabr ayında mikromobillik vasitələrindən istifadə edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 35% artıb
12 Noyabr, 2026
173A və 173B nömrəli marşrut üzrə avtobuslar yenilənir
11 Noyabr, 2026
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
11 Noyabr, 2026
Paytaxtdan bölgələrə və region avtovağzallarından müxtəlif istiqamətlərə 93 000-ə yaxın sərnişin daşınıb
06 Noyabr, 2026
Avtobuslardan istifadə rekord həddə çatıb