Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq
05 Noyabr, 2025
8
Noyabr - Zəfər
Günü və 9 Noyabr -
Dövlət Bayrağı Günü ilə əlaqədar respublika ərazisində fəaliyyət göstərən bütün
avtovağzal və avtostansiyalar əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və
davamlı şəkildə təmin edilməsi üçün 8-11 noyabr tarixlərində gücləndirilmiş
iş rejimində fəaliyyət göstərəcək.
Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyi (AYNA) şəhərlərarası və rayonlararası marşrutlar
üzrə sərnişindaşımaları yerinə yetirən daşıyıcılar tərəfindən fasiləsiz və təhlükəsiz
hərəkətin təmin edilməsi, kassalardan tariflərə uyğun biletlərin qanunamüvafiq
qaydada satışının həyata keçirilməsi, yarana biləcək sərnişin sıxlığının
qarşısının alınması, eləcə də avtobusların təsdiq edilmiş cədvəl üzrə hərəkət
qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı bütün avtovağzal və
avtostansiyalara müvafiq tapşırıqlar verib.
Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) bayram
günlərində sərnişin axınına uyğun olaraq, marşrutlar üzrə xətlərə buraxılan
avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik
qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunacaq.
Sərnişin sıxlığının qarşısını almaq üçün xəttə
lazımi sayda əlavə avtobusun buraxılması təmin ediləcək.
Vətəndaşlar biletləri avtovağzalların
kassalarından, həmçinin, “biletim.az” portalından onlayn qaydada əldə edə bilərlər.
Qeyd edək ki, “biletim.az” portalında 56 şəhər və rayona, 86 istiqamət
üzrə bilet almaq mümkündür. Sistemə 346 reys olmaqla 394 nəqliyyat
vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma
sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.
Xatırladaq ki, Bakıdan bölgələrə böyük sərnişin
axını nəzərə alınaraq reyslərin vaxtında yola düşməsi, avtobusların düzgün
komplektləşdirilməsi və digər təşkilati məsələləri əngəlsiz təmin etmək məqsədilə
reyslər üzrə bilet satışları avtobusların yola düşməsinə 15 dəqiqə qalmışa qədər
həyata keçirilir. Avtobusun yola düşməsinə 15 dəqiqədən az vaxt qaldıqda biletlər
artıq növbəti reys üçün təqdim olunur. Bu qayda “biletim.az” portalı üzərindən
və avtovağzalın kassalarından əldə edilən biletlərə şamil edilir.
Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil
başına çatmaq üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə
əldə etmələri tövsiyə olunur.
Digər xəbərlər
26 May, 2026
Naxçıvanda yol nişanları yenilənir
25 May, 2026
Daha 3 ünvanda minib-düşmə yeri yaradılıb
25 May, 2026
Avtovağzallar bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
25 May, 2026
“Biletim.az” portalına yeni funksiya əlavə olunub
23 May, 2026
WUF13 çərçivəsində 179 000-ə yaxın sərnişin daşınıb