Avtovağzallar bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
04 Noyabr, 2022
Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar qeyri-iş günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün respublikanın avtovağzal və avtostansiyaları noyabrın 6-dan 9-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarını yerinə yetirən daşıyıcıların fasiləsiz və təhlükəsiz hərəkəti təmin etməsi, təsdiq edilmiş hərəkət qrafiklərinə ciddi riayət etməsi ilə bağlı bütün avtovağzal və avtostansiyalara müvafiq tapşırıqlar verilib.
Bakı Beynəlxalq Avtovağzal Kompleksində bayram günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunacaq.
Sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobus buraxılması təmin ediləcək.
Biletləri avtovağzalın gündəlik və qabaqcadan satış kassalarından, eləcə də “avtovagzal.az” saytından onlayn qaydada əldə etmək olar.
Vətəndaşlar “1414” Çağrı Mərkəzinə zəng edərək onları maraqlandıran suallarla bağlı ətraflı məlumat ala bilərlər.
Digər xəbərlər
06 Noyabr, 2026
Avtobuslardan istifadə rekord həddə çatıb
05 Noyabr, 2026
"Biletim.az” portalı üzərindən onlayn bilet satışı artıb
05 Noyabr, 2026
203 nömrəli marşrutun avtobusları yenilənir
04 Noyabr, 2026
Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq
03 Noyabr, 2026
195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilir