Avtovağzallar bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
17 Mart, 2025
Respublika ərazisində fəaliyyət göstərən bütün
avtovağzal və avtostansiyalar Novruz və Ramazan bayramları günlərində əhalinin
nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün martın
19-dan 31-nə kimi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyi (AYNA) şəhərlərarası və rayonlararası marşrutlar
üzrə sərnişindaşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən fasiləsiz və
təhlükəsiz hərəkətin təmin edilməsi, kassalardan tariflərə uyğun biletlərin
qanunamüvafiq qaydada satışının həyata keçirilməsi, bayram günlərində yarana
biləcək sərnişin sıxlığının qarşısının alınması, eləcə də avtobusların təsdiq
edilmiş cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı bütün
avtovağzal və avtostansiyalara müvafiq tapşırıqlar verib.
Bakı
Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) bayram günlərində sərnişin axınına
uyğun olaraq, marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına,
sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi
nəzarət olunacaq.
Sərnişin
sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobusun buraxılması
təmin ediləcək.
Vətəndaşlar
biletləri https://biletim.az/ portalından onlayn qaydada, həmçinin
avtovağzalların kassalarından əldə edə bilərlər.
Qeyd edək ki, hazırda portala 80
istiqamət, 51 məntəqə, 311 reys olmaqla, 357 nəqliyyat vasitəsi qoşulub. Portal
vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş
dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir.
Digər xəbərlər
08 May, 2026
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
08 May, 2026
Dəmirçizadə küçəsi ilə Xətai prospektinin kəsişməsində dəyişiklik ediləcək
07 May, 2026
Balakən kanat yolunun inşasına başlanılıb
05 May, 2026
Daha bir ərazidə mikromobillik zolağı təşkil olunur
05 May, 2026
“Biletim.az” portalına yeni funksiya əlavə olunub