Avtovağzallar bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
03 Iyun, 2025
Qurban bayramı ilə əlaqədar respublika ərazisində fəaliyyət
göstərən bütün avtovağzal və avtostansiyalar əhalinin nəqliyyat xidmətləri ilə
keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 5-9 iyun tarixlərində gücləndirilmiş
iş rejimində fəaliyyət göstərəcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) şəhərlərarası
və rayonlararası marşrutlar üzrə sərnişindaşımaları yerinə yetirən daşıyıcılar
tərəfindən fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi, kassalardan tariflərə
uyğun biletlərin qanunamüvafiq qaydada satışının həyata keçirilməsi, yarana biləcək
sərnişin sıxlığının qarşısının alınması, eləcə də avtobusların təsdiq edilmiş cədvəl
üzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı bütün avtovağzal və
avtostansiyalara müvafiq tapşırıqlar verib.
Bakı Beynəlxalq Avtovağzal Kompleksində bayram ərəfəsində
və istirahət günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə
buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik
qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunacaq.
Sərnişin sıxlığının qarşısını almaq üçün xəttə
lazımi sayda əlavə avtobus buraxılması təmin ediləcək.
Vətəndaşlar biletləri https://biletim.az/ portalından onlayn qaydada, həmçinin
avtovağzalların kassalarından əldə edə bilərlər.
Qeyd edək ki, hazırda portalda 51 şəhər və rayona 82
istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 326 reys
olmaqla 373 nəqliyyat vasitəsi qoşulub. Portal vaxta qənaət, müştəri məmnuniyyətinin
təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir
sıra üstünlüklərə malikdir.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir