Avtovağzallar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
25 Iyun, 2025
Azərbaycan Respublikası Silahlı Qüvvələri
Günü və qeyri-iş günlərində (26-29 iyun tarixlərində) respublika ərazisində fəaliyyət
göstərən bütün avtovağzal və avtostansiyalar əhalinin nəqliyyat xidmətləri ilə
keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün gücləndirilmiş iş rejimində
fəaliyyət göstərəcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
(AYNA) şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişindaşımaları yerinə
yetirən daşıyıcılar tərəfindən fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi,
kassalardan tariflərə uyğun biletlərin qanunamüvafiq qaydada satışının həyata
keçirilməsi, yarana biləcək sərnişin sıxlığının qarşısının alınması, eləcə də
avtobusların təsdiq edilmiş cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi
ilə bağlı bütün avtovağzal və avtostansiyalara müvafiq tapşırıqlar verib.
Bakı Beynəlxalq Avtovağzal Kompleksində Azərbaycan
Respublikası Silahlı Qüvvələri Günü və qeyri-iş günlərində sərnişin axınına
uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına,
sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət
olunacaq.
Sərnişin sıxlığının qarşısını almaq üçün xəttə
lazımi sayda əlavə avtobus buraxılması təmin ediləcək.
Vətəndaşlar biletləri Biletim.az portalından onlayn qaydada, həmçinin
avtovağzalların kassalarından əldə edə bilərlər.
Qeyd edək ki, hazırda portalda 51 məntəqəyə
82 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 326 reys olmaqla 373 nəqliyyat
vasitəsi qoşulub. Portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi,
ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə
malikdir.
Digər xəbərlər
26 May, 2026
Naxçıvanda yol nişanları yenilənir
25 May, 2026
Daha 3 ünvanda minib-düşmə yeri yaradılıb
25 May, 2026
Avtovağzallar bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
25 May, 2026
“Biletim.az” portalına yeni funksiya əlavə olunub
23 May, 2026
WUF13 çərçivəsində 179 000-ə yaxın sərnişin daşınıb