AYNA 2024-cü il üzrə “Dayaq” mükafatına layiq görülüb
17 Dekabr, 2024
Mükafat 2024-cü il üzrə “Dayaq” mükafatının sahibkarlara təqdim edilməsi məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi, KOBİA-nın təşkilatçılığı ilə keçirilən tədbirdə təqdim edilib. Mükafatlandırma mərasimində dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, sahibkarlar və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
KOBİA tərəfindən 2022-ci ildə təsis edilmiş “Dayaq” mükafatının məqsədi biznesində innovativ və müasir yanaşmalar tətbiq edən, ixracyönümlü məhsul və xidmətlər istehsal edən, aktiv investisiya fəaliyyəti ilə seçilən, məşğulluğun təmin edilməsinə öz töhfəsini verən şirkətləri mükafatlandırmaqla onları stimullaşdırmaq, eləcə də sahibkarların qazandıqları uğurları ictimaiyyətin diqqətinə çatdırmaq, biznes düşüncə tərzini təşviq etmək, dövlət və özəl sektor arasında əlaqələri daha da möhkəmləndirməkdir. Rəmzi məna daşıyan “Dayaq” mükafatı həm də dövlətin daim sahibkarların yanında olduğunun göstəricisidir.
Tədbirdə 2024-cü ildə uğur qazanmış 15 sahibkarlıq subyektinə dövlət qurumlarının rəhbər şəxsləri tərəfindən müxtəlif nominasiyalar üzrə “Dayaq” mükafatları təqdim edilib.
Digər xəbərlər
06 Noyabr, 2026
Avtobuslardan istifadə rekord həddə çatıb
05 Noyabr, 2026
"Biletim.az” portalı üzərindən onlayn bilet satışı artıb
05 Noyabr, 2026
203 nömrəli marşrutun avtobusları yenilənir
04 Noyabr, 2026
Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq
03 Noyabr, 2026
195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilir