AYNA beynəlxalq yükdaşıma sektorunda yeni layihəyə başlayır: 5000 yeni sürücü
17 Yanvar, 2026
Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyində (AYNA) avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşıma
fəaliyyəti həyata keçirən milli daşıyıcılarla görüş keçirilib.
Bildirilib
ki, ötən illər ərzində avtomobil nəqliyyatı ilə yük daşımaları sahəsində şəffaf
mühitin təmin olunması, daşıyıcıların səmərəli fəaliyyət göstərməsi üçün
imkanlar yaradılıb. Ölkədaxili, həm də beynəlxalq yük daşımalarında yüksək xidmət
standartlarının təmin olunması üçün tənzimləmə və nəzarət funksiyası yerinə
yetirilib.
Görülən
tədbirlər nəticəsində yük nəqliyyat vasitələrinin sayı 3400-dən artaraq 14193-ə
çatıb, “İcazə” blanklarının (xüsusilə də “xüsusi defisit”) bolluğu yaradılıb,
göstərilən xidmətlər elektronlaşdırılıb və ikitərəfli yük daşımaları bazarında
bazar payımız 39%-dən artaraq 50%-i keçib. Beləliklə, avtomobil nəqliyyatı ilə
beynəlxalq yük daşımaları ciddi məşğulluq imkanı yaratmışdır. Vurğulanıb ki,
bir sənaye müəssisəsinə düşən orta işçi sayı 46 nəfər olduğundan, beynəlxalq
yük daşımalarında istismar olunan 14193 yük nəqliyyat vasitəsinin yaratdığı məşğulluq
imkanı təxminən 310 sənaye müəssisəsinə ekvivalent hesab edilə bilər. Onu da
qeyd etmək lazımdır ki, burada xidmət ixracı edən, yəni ölkəyə valyuta axınını
təmin edən sahibkarlıqdan söhbət gedir.
Görüşdə, həmçinin qarşıda duran vəzifələr, milli daşıyıcıların üzləşdikləri çətinliklər,
onların həlli yolları ilə bağlı fikir mübadiləsi aparılıb. Bildirilib ki,
hazırda milli daşıyıcıların üzləşdiyi ən böyük çətinlik kadr çatışmazlığı ilə
bağlıdır. Əsasən, beynəlxalq yükdaşıma sahəsində peşəkar sürücülərə və yük avtonəqliyyat
vasitələrinə texniki qulluq və təmir üzrə ustalara ehtiyac var. Qeyd edilib ki,
milli daşıyıcıların beynəlxalq yük daşımalarında bazar payının artmasında bu
kimi faktorlar önəm kəsb edir.
Qeyd
olunan çətinlikləri nəzərə alaraq AYNA tərəfindən milli daşıyıcılara dəstək məqsədilə
yeni layihəyə start verilir. Layihə çərçivəsində beynəlxalq yük daşımaları sahəsində
C və CE kateqoriyalı sürücülərin hazırlanması məqsədilə təlimlər təşkil edilir.
Təlim üçün ödəniş 266 manat olsa da, məbləğin 80%-dən çox hissəsi AYNA tərəfindən
qarşılanacaq. Sürücülər cəmi 50 manat ödəməklə təlimdə iştirak edə biləcəklər. Yekunda
Dövlət İmtahan Mərkəzi tərəfindən aparılacaq qiymətləndirməyə əsasən sürücülərə
7 il müddətində etibarlı olan və beynəlxalq
yükdaşıma sahəsində fəaliyyət göstərməyə imkan verən şəhadətnamə təqdim ediləcək.
Gələcəkdə işlə təmin olunmaları üçün sürücülərin daşıyıcılarla əlaqələndirilməsinə
də şərait yaradılacaq. Hədəf 5000 yeni sürücünün hazırlanması və beynəlxalq
bazarda iştirakının təmin edilməsidir.
Layihə
çərçivəsində milli daşıyıcıların beynəlxalq yük daşımalarında bazar payının
artırılması və yeni iş yerlərinin açılması istiqamətində digər tədbirlər də nəzərdə
tutulub.
Digər xəbərlər
26 May, 2026
Naxçıvanda yol nişanları yenilənir
25 May, 2026
Daha 3 ünvanda minib-düşmə yeri yaradılıb
25 May, 2026
Avtovağzallar bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
25 May, 2026
“Biletim.az” portalına yeni funksiya əlavə olunub
23 May, 2026
WUF13 çərçivəsində 179 000-ə yaxın sərnişin daşınıb