AYNA-da milli daşıyıcılarla növbəti görüş keçirilib
06 Fevral, 2026
Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyində (AYNA) avtomobil nəqliyyatı ilə beynəlxalq
yükdaşıma fəaliyyəti həyata keçirən milli daşıyıcılarla növbəti görüş
keçirilib.
Görüşdə
sahənin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, iştirakçıların təklifləri
dinlənilib. Fəaliyyət zamanı hüquqi öhdəliklərə, düzgün sənədləşməyə və mövcud
tələblərə riayət olunmasının vacibliyi iştirakçıların diqqətinə çatdırılıb.
AYNA tərəfindən
milli daşıyıcılara dəstək məqsədilə həyata keçirilən “5000 yeni sürücü” layihəsi
də müzakirə edilib. C və CE kateqoriyalı sürücülərin cəlb edilməsində
daşıyıcıların rolu və sürücü sayının artırılmasının sahənin inkişafına göstərəcəyi
müsbət təsirlər barədə məlumat verilib. Sürücü hazırlığı üzrə təhsil haqqının
266 manatdan 50 manata endirilməsi iştirakçıların diqqətinə çatdırılıb.
Bildirilib ki, təlim üçün ödəniş 266 manat olsa da, məbləğin 80%-dən çox hissəsi
AYNA tərəfindən qarşılanacaq. Sürücülər cəmi 50 manat ödəməklə təlimdə iştirak
edə biləcəklər.
Yük
avtonəqliyyat vasitələrinə texniki qulluq və təmir üzrə ustalara yaranmış ehtiyac
nəzərə alınaraq texniki təmir sahəsi olan daşıyıcıların layihədə iştirakı
imkanları müzakirə olunub. Təlim keçə biləcək müəssisələrin imkanları qiymətləndirilib
və tələb olunan peşələrin müəyyənləşdirilməsi istiqamətində fikir mübadiləsi
aparılıb.
Görüşdə
beynəlxalq daşımaların coğrafiyasının genişləndirilməsi məsələsi də diqqət mərkəzində
olub. Xüsusilə Çin, həmçinin Monqolustan və İran istiqamətlərində beynəlxalq
yük daşımalarında iştirakın artırılmasının vacibliyi vurğulanıb. Beynəlxalq əlaqələrin
genişləndirilməsi istiqamətində milli sahibkarların nəqliyyat-logistika sərgilərində
iştirakı məqsədəuyğun hesab edilib. Şirkətlərin yaxın vaxtlarda Çində təşkil
ediləcək sərgidə iştirakının mümkünlüyü bildirilib. Təşkilati dəstəyə ehtiyac
yarandıqda AYNA-ya müraciət edə biləcəkləri qeyd olunub.
AYNA-da
beynəlxalq yük daşımaları sahəsində fəaliyyət göstərən daşıyıcılarla sahənin inkişafına
yönəlmiş tədbirlərin mütəmadi davam etdirilməsi planlaşdırılır.
Digər xəbərlər
16 Mart, 2026
Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsində icra olunan layihə yekunlaşır
16 Mart, 2026
Avtovağzallar bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
13 Mart, 2026
83 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
12 Mart, 2026
Mikromobillik vasitələrindən istifadə edənlərin sayı 2 dəfədən çox artıb
10 Mart, 2026
“Biletim.az” portalı üzərindən onlayn bilet satışı 2 dəfə artıb