AYNA “Gəncə KOB evi”ndə sahibkarlara xidmət göstərir
13 Aprel, 2026
Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən “Gəncə KOB evi”ndə sahibkarlıq
subyektlərinə xidmətlərin göstərilməsinə başlanılıb.
Agentliyin
əməkdaşları “Gəncə KOB evi”ndə daşıyıcıların müraciətləri əsasında mövcud
qanunvericiliyin tələblərinə uyğun olaraq, «İcazə» blankları, rəqəmsal taxoqraf
kartları, «Fərqlənmə nişanı» və «Xüsusi fərqlənmə nişanı»nın verilməsi kimi
xidmətlər göstərirlər.
AYNA
tərəfindən regionda fəaliyyət göstərən daha bir “KOB evi”ndə xidmətlərin təqdim
edilməsi sahibkarlıq subyektlərinə bu xidmətlərə asan və rahat çıxışı təmin edir.
Bu, sahibkarların vaxtına qənaet edir, əməliyyat xərclərini azaldır. Həmçinin xidmətlərin şəffaf və operativ təşkili
məmnunluğu artırır.
Xatırladaq
ki, AYNA tərəfindən Bakı, Yevlax, Xaçmaz KOB evlərində də sahibkarlıq subyektlərinə
müvafiq xidmətlər göstərilir. Qeyd edilən şəhərlərlə yanaşı, ətraf bölgələrin
sahibkarları da xidmətlərdən yararlana bilirlər.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir