AYNA ictimai nəqliyyat üzrə mötəbər beynəlxalq təşkilatın üzvü oldu
19 Iyun, 2026
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)
İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiyaya (UITP) üzv qəbul olunub.
Məqsəd ictimai nəqliyyat sahəsində beynəlxalq əməkdaşlığa
töhfə vermək, təşkilata üzvlük çərçivəsində təqdim olunan tərəfdaşların geniş şəbəkəsinə
və peşəkar resurslara qoşulmaq, təcrübədən
yararlanmaq, məlumat mübadiləsi və aidiyyəti xarici rəsmi qurumlarla əməkdaşlığı
gücləndirməkdir.
İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiyaya
üzvlüyün ölkəmiz üçün bir sıra üstünlükləri var. Bura dayanıqlı şəhər və
ictimai nəqliyyatın təşviqi, şəhər mobilliyi üçün sistemlər və xidmətlərin
inkişaf etdirilməsi, mobillik habları və Nəqliyyat Mübadilə Mərkəzləri, taksi
fəaliyyətinin planlaşdırılması, təşkili və texniki qulluq, ödəniş sistemləri
üzrə bilik və bacarıqların artırılması, AYNA-nın fəaliyyət sahələri üzrə
ekspertlərin yetişdirilməsi, xarici mütəxəssislərlə əlaqələrin qurulması, təcrübə
mübadiləsi və strateji tərəfdaşlıqların yaradılması kimi məsələlər daxildir.
Ölkəmiz aktual olan sıfır emissiyalı avtobusların
istismarı, hamı üçün əlçatan küçələrin dizaynı, nəqliyyatda süni intellekt həlləri,
ödəniş haqqının idarə olunması, marketinq və kommunikasiya, böhran zamanı fəaliyyətlər,
ekspertlər tərəfindən müxtəlif təlim və təhsil proqramlarına qoşulmaq imkanı da
əldə edib.
Üzvlər ictimai nəqliyyatdakı son trendləri,
yenilikləri və ən yaxşı təcrübələri əhatə edən hesabatlara, tədqiqatlara və məlumat
bazalarına birbaşa çıxış əldə edirlər. Bu məlumatlar düzgün qərarların verilməsinə
kömək edir.
Qeyd edək ki, 100-dən çox ölkədən 1900-dən çox üzvü
olan İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiya (UITP) 1885-ci ildə
yaradılıb. Assosasiyanın baş qərargahı Brüsseldə yerləşməklə 13 regional ofis və
mərkəzləri özündə birləşdirir.
Digər xəbərlər
10 Iyul, 2026
6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir
09 Iyul, 2026
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
09 Iyul, 2026
Paytaxtdan şəhərlərarası daşımalar üzrə avtobus parkının 42%-i yenilənib
08 Iyul, 2026
Paytaxtda mikromobillik zolaqlarının uzunluğu 66,6 km-ə çatdırılıb
06 Iyul, 2026
Mərkəzi piyada zonalarında ödənişsiz şatllar fəaliyyətə başlayıb