“AYNA Life” kommunikasiya səhifəsi istifadəyə verildi
09 Aprel, 2025
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən
işəgötürən brendin formalaşdırılması, daxili kommunikasiya strategiyasının gücləndirilməsi
və əməkdaşlar arasında təşkilati mədəniyyətin təşviqi məqsədilə “AYNA Life”
adlı yeni kommunikasiya səhifəsi yaradılıb.
Məqsəd Agentliyin iş mühiti, karyera imkanları, əməkdaşların
inkişafına yönələn təşəbbüslər və daxili fəaliyyət barədə ictimaiyyətə məlumat verməkdir.
“AYNA Life” səhifəsi vasitəsilə AYNA-nın insan
resurslarına verdiyi dəyər, təşkilat daxilindəki əməkdaşlıq ruhu və strateji hədəflərə
uyğun qurulan iş mühiti nümayiş olunacaq.
Yeni vakansiyalar, əməkdaşların iştirakı ilə həyata
keçirilən tədbir və layihələr, təlim proqramları, müsahibələr və digər aktual məzmunlar
mütəmadi olaraq bu səhifədə paylaşılacaq.
“AYNA Life” səhifəsi yalnız "Instagram" və "LinkedIn" üzərindən fəaliyyət göstərəcək.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir