“AYNA MaaS”da funksional yeniliklər tətbiq edilib
09 Aprel, 2026
Nəqliyyat növlərindən istifadə ilə bağlı seçim
imkanlarının təmin edilməsi, xidmətlərin əlçatanlığının və vətəndaşların
istifadə təcrübəsinin daha da artırılması məqsədilə “AYNA MaaS” mobil tətbiqinin
yenilənmiş versiyasında bir sıra funksional təkmilləşdirmələr həyata keçirilib.
Tətbiqdə avtobusların xəritə üzərində canlı hərəkət
ikonları yenilənib, hərəkət təcrübəsi daha real və axıcı şəkildə
optimallaşdırılıb. Həmçinin gəliş vaxtı
(ETA) funksionallığında təkmilləşdirmələr aparılaraq, avtobusların gəlib
çatmasa daha dəqiq göstərilir. Planlaşdırılan səfərlərin ayrıca bölmə kimi təqdim
olunması təmin edilib və səfərlərin planlaşdırılmasında da təkmilləşdirmə işləri
görülüb.
Bundan sonra sərnişinlərin təklif və şikayətləri
aidiyyəti üzrə yönləndirildikdə, müraciətlər mobil tətbiq daxilində
araşdırılaraq cavablandırılacaq və cavablar “Bildirişlər” bölməsində əks
olunacaq. İstifadəçilər mobil tətbiq vasitəsilə Çağrı Mərkəzinə birbaşa zəng
imkanı da əldə ediblər.
Həmçinin, qeydiyyat prosesində istifadəçi təcrübəsinin
təkmilləşdirilməsi məqsədilə alternativ giriş üsulları (Google və Apple ID) təqdim
olunub.
Bundan sonra istifadəçilər GPS funksiyasını aktiv
saxlamadan da səfər planlaması həyata keçirə biləcəklər.
Yeniliklərdən biri də xəritə üzərində mikromobillik
istifadəçiləri üçün xüsusi zolaqların təqdim
edilməsidir.
Yeni versiyada dayanacaqların digər MaaS istifadəçiləri
ilə link vasitəsilə paylaşılması və həmin dayanacaqlardan birbaşa səfər
planlanması mümkün olub. Nəqliyyat Mübadilə Mərkəzi dayanacaqları isə müxtəlif
rənglərlə vizual olaraq fərqləndirilib.
Tətbiqdə “Seçilmişlər” (Favorites) bölməsi də yenilənib.
Bu bölmə daxilində dayanacaqlar, marşrutlar və səfərlər ayrıca kateqoriyalar
üzrə saxlanıla biləcək.
İstifadəçilər ünvanları fərdiləşdirməklə daha sürətli
səfər planlaması həyata keçirə biləcəklər.
Yeniliklər çərçivəsində daşıyıcı məlumatı, tariflər,
dayanacaq siyahısı və s. daxil olmaqla, marşrut xətləri haqqında informativ məlumatlar
əlavə olunub.
Qeyd edək ki, “AYNA MaaS” tətbiqi istifadəçilərin
istəkləri əsasında daim təkmilləşdirilir. İstifadəçilər təklif və iradlarını
birbaşa tətbiqdən göndərə bilərlər. Mobil tətbiqi həm App Store, həm də Google
Play Store-dan yükləmək mümkündür.
Digər xəbərlər
16 Aprel, 2026
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
15 Aprel, 2026
2, 3 və 4 aprel 2026-cı il tarixlərində gündüz və gecə görülən işlərin xronikası
14 Aprel, 2026
Sürücülərin iş və istirahət rejiminin təmin edilməsi istiqamətində mühüm addım atılıb
13 Aprel, 2026
AYNA “Gəncə KOB evi”ndə sahibkarlara xidmət göstərir
13 Aprel, 2026
AYNA Naxçıvanda təlimlərə başlayıb