AYNA Tbilisi prospektində taksilər üçün duracaq və minib-düşmə yerləri təşkil etdi
01 Oktyabr, 2024
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) paytaxtın Tbilisi prospektində taksi minik avtomobilləri üçün duracaq və minib-düşmə yerləri (drop off) təşkil edib. Sentyabr ayının 30-dan etibarən prospektdə taksilər üçün beş məntəqədə duracaq və bir minib-düşmə yeri ayrılıb.
Taksi duracaqlarında taksi minik avtomobili olmayan nəqliyyat vasitələrinin dayanması və ya durması inzibati məsuliyyət yaradır. İnzibati Xətalar Məcəlləsinə əsasən digər nəqliyyat vasitələrinin sürücüləri qayda pozuntusuna görə 40 manat məbləğində cərimələnəcək.
Qeyd edək ki, hazırda Bakının bir sıra küçə və prospektlərində 130-dan artıq taksi duracağı mövcuddur. Lakin mövcud taksi duracaqlarının əksəriyyəti cəlbetmə məntəqələrində təşkil edilmədiyindən bəzən hətta nəqliyyatın hərəkətinə maneə yaradır. Buna görə də hazırda məsələyə kompleks yanaşma tətbiq olunur. Nəqliyyatın hərəkətinə maneə yaradan məntəqələrin ləğv edilməsi, eyni zamanda yeni cəlbetmə məntəqələrinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. Yeni cəlbetmə məntəqələrinin əsasən universitetlərin, ticarət mərkəzlərinin, nəqliyyat mübadilə mərkəzlərinin ətrafında, həmçinin avtobus zolaqlarının yaxınlığındakı alternativ yollarda təşkil edilməsi nəzərdə tutulur.
Digər xəbərlər
06 Noyabr, 2026
Avtobuslardan istifadə rekord həddə çatıb
05 Noyabr, 2026
"Biletim.az” portalı üzərindən onlayn bilet satışı artıb
05 Noyabr, 2026
203 nömrəli marşrutun avtobusları yenilənir
04 Noyabr, 2026
Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq
03 Noyabr, 2026
195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilir